Vakansiyalar
1M

3D Dizayner

121 MMC (One2One Marketing Agency)

Marketinq və ya reklam agentliyində iş təcrübəsi mütləqdir.

Vəzifə öhdəlikləri

  • Reklam, promo və digər layihələr üçün 3D modellərin və vizuallaşdırmaların hazırlanması
  • 2D dizayn işlərinin görülməsi və layihələrin vizual dəstəyinin təmin olunması
  • Hazırlanmış dizaynların düzgün ölçüləndirilməsi və uyğun çap fayllarının təqdim olunması
  • Layihə komandasına yaradıcı ideyalarla dəstək göstərilməsi

Tələblər

  • 3D üzrə 3DS Max, 2D üzrə Adobe Photoshop və Illustrator proqramlarında yaxşı səviyyədə işləmə bacarığı
  • Hazırlanmış dizaynları düzgün ölçüləndirmək və uyğun formatlarda çap faylları təqdim etmək bacarığı
  • Çap və promo materialların istehsal prosesi haqqında bilik və təcrübə (üstünlük hesab olunur)
  • Yaradıcı düşüncə, detallara diqqət və komanda ilə işləmə bacarığı

Niyə biz?

  • İş qrafiki: 10:00 – 19:00
  • İş yeri: Bakı
  • Əmək haqqı: Müsahibə əsasında müəyyən ediləcəkdir
  • Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq "3D Dizayner" başlığı altında göndərə bilər.
Geri