FO
Aparıcı elektrik
Foton
Nə təklif edirik?
• “Dəyərlisən” Paşa loyallıq proqramına üzvlük;
• Peşəkar komanda ilə işləmək fürsəti;
• İşçinin inkişafı üçün təlim, tədris proqramları.
Vəzifə öhdəlikləri
- Elektrik sistemlərin, cihazların və komponentlərin müntəzəm olaraq yoxlanılması, profilaktik baxımın aparılması və təmiri;
- Elektrik təhlükələrin və kənarlaşma hallarının müəyyən edilməsi;
- Elektrik sistemdə olan nasazlıqların və uyğunsuzluqların aradan qaldırılması;
- Müvafiq elektrik cizgilərin oxunması, cizgilərə uyğun olaraq avadanlıqların və xətlərin müəyyən edilməsi;
- Elektrik sistemlərin və avadanlıqların müvafiq ölçmə və sınaq alətləri vasitəsi ilə sınaq edilməsi;
- Aşınmış avadanlıqların təmiri və bərpa edilməsi;
- Elektrik avadanlıqların dəyişdirilməsi üçün təkliflərin verilməsi;
- Elektrik işlər üzrə hesabatların hazırlanması və təqdim edilməsi;
- Yeni elektrik avadanlıq və cihazların quraşdırılması;
- Əmək təhlükəsizlik qaydalarına və fəaliyyət göstəriciləri tələblərinə riayət edilməsi.
- Namizədə aid tələblər:
- Elektrik sahəsi üzrə peşə və ya Ali təhsil;
- Elektrik ixtisas sertifikatı;
- Müvafiq sahə üzrə (elektrik) minimum 5 il təsdiqli iş təcrübəsi;
- Yaşayış və istismar sahələrinə dair elektrik standartlar və tələblər üzrə əsaslı biliklər.
- İş şəraiti:
- İş rejimi: 5 günlük
- İş yeri: Naftalan
- İşçinin telefon danışığı şirkət tərəfindən təmin edilir.
- Hörmətli namizəd, xahiş edirik CV formanızı mövzu bölməsində “Aparıcı elektrik” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərəsiniz.