Aparıcı Material Nəzarətçisi
Vəzifə və öhdəliklər:
• Layihə üzrə materialların qəbulunu, uçotunu, saxlanmasını və paylanmasını təşkil etmək;
• Gələn materialların satınalma sifarişləri, qaimələr, spesifikasiyalar və digər müşayiətedici sənədlərlə uyğunluğunu yoxlamaq;
• Materialların miqdarına, keyfiyyətinə və texniki göstəricilərinə nəzarət etmək, uyğunsuzluqlar aşkar edildikdə müvafiq aktların hazırlanmasını təmin etmək;
• Materialların ERP/SAP və ya digər anbar uçotu sistemlərində düzgün qeydiyyatını təmin etmək;
• Materialların layihə sahələrinə vaxtında və düzgün çatdırılmasını koordinasiya etmək;
• Material ehtiyatlarının səviyyəsini izləmək, çatışmazlıq və artıq ehtiyatlarla bağlı rəhbərliyə məlumat vermək;
• Materialların saxlanma şəraitinin istehsalçı tələblərinə və layihə standartlarına uyğunluğunu təmin etmək;
• Material sertifikatlarının (MTC, COC və s.) və digər keyfiyyət sənədlərinin tamlığını yoxlamaq;
• Materialların izləniləbilənliyini (Material Traceability) təmin etmək;
• Gündəlik, həftəlik və aylıq material hərəkəti üzrə hesabatlar hazırlamaq;
• Inventarizasiya proseslərində iştirak etmək və inventar fərqlərinin araşdırılmasını təmin etmək;
• Satınalma, logistika, tikinti, planlaşdırma, QA/QC və digər aidiyyəti şöbələrlə koordinasiyalı işləmək;
• Layihə üzrə artıq, istifadə olunmayan və yararsız materialların uçotunu aparmaq və müvafiq təkliflər hazırlamaq;
• Material idarəetmə proseslərinin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;
• Şirkətin HSE, Keyfiyyət İdarəetmə Sistemi və daxili prosedurlarının tələblərinə riayət etmək.
Tələblər
- Təhsil: Logistika, Təchizat Zəncirinin İdarə Edilməsi, Sənaye, Mexanika, İnşaat mühəndisliyi və ya digər müvafiq ixtisas üzrə ali təhsil;
- Material idarəetməsi, anbar əməliyyatları və ya logistika sahəsində minimum 5 il, o cümlədən rəhbər və ya aparıcı vəzifədə ən azı 2 il iş təcrübəsi;
- EPC, neft-qaz, sənaye və ya iri tikinti layihələrində iş təcrübəsinə üstünlük verilir;
- Material uçotu, inventarizasiya və material izləniləbilənliyi prinsiplərini bilmək;
- ERP, SAP, Oracle və ya digər material idarəetmə proqramları ilə işləmək bacarığı;
- MS Office proqramlarını, xüsusilə Excel proqramını yüksək səviyyədə bilmək;
- Azərbaycan dilini sərbəst, ingilis dilini orta və ya yaxşı səviyyədə bilmək arzuolunandır;
- Analitik düşünmə, planlaşdırma, koordinasiya və komanda ilə işləmək bacarığı.
- İş şəraiti:
- Həftədə 2 gün istirahət.
- Əmək haqqı: Müsahibə əsasında müəyyən ediləcək.
- Müvafiq tələblərə uyğun olan namizədlər şəkilli CV-lərini mövzu hissəsində "Aparıcı Material Nəzarətçisi" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.