Vakansiyalar

Aparıcı mühasib

ABB-İnvest İnvestisiya Şirkəti QSC

İş şəraiti

• Şəhər: Bakı

• İş qrafiki: Həftə içi 5 gün, 09:00–18:00 (13:00-14:00 nahar vaxtı)

• Əmək haqqı: Razılaşma əsasında

Əsas vəzifə və öhdəliklər

• Gündəlik mühasibat əməliyyatlarının düzgün və vaxtında uçota alınması;

• Mühasibat əməliyyatlarının 1C proqramında işlənilməsi və müvafiq hesablar üzrə nəzarətin həyata keçirilməsi;

• Bank əməliyyatlarının aparılması, internet bankçılıq sistemi üzərindən ödəniş və köçürmələrin həyata keçirilməsi;

• Bank hesabları üzrə əməliyyatların mühasibat uçotu ilə üzləşdirilməsi;

• Elektron qaimə-fakturaların hazırlanması və müvafiq əməliyyatların uçotunun aparılması;

• Debitor və kreditor borclarının uçotu və üzləşdirilməsi;

• Vergi hesablamalarının aparılması və vergi bəyannamələrinin hazırlanmasında iştirak;

• Dövlət qurumlarına təqdim edilən müvafiq hesabatların hazırlanması;

• Aylıq, rüblük və illik bağlanış proseslərində iştirak;

• Maliyyə hesabatlarının hazırlanmasında iştirak və müvafiq məlumatların düzgünlüyünün yoxlanılması;

• Mühasibat uçotu məlumatlarının analitik cədvəllər və digər köməkçi reyestrlərlə üzləşdirilməsi;

• Audit və digər yoxlamalar zamanı tələb olunan maliyyə və mühasibat məlumatlarının hazırlanması;

• Mühasibat və vergi uçotu üzrə qanunvericilikdə baş verən dəyişikliklərin izlənilməsi və tətbiqi.

Tələblər

  • Mühasibat uçotu, maliyyə və ya iqtisadiyyat üzrə ali təhsil;
  • Mühasibatlıq və ya maliyyə sahəsində minimum 2 il iş təcrübəsi;
  • Azərbaycan Respublikasının mühasibat və vergi qanunvericiliyi üzrə yaxşı biliklər;
  • PMS I və PMS II sertifikatlarına malik namizədlərə üstünlük verilir;
  • 1C mühasibat proqramı ilə işləmək bacarığı;
  • MS Office proqramlarında, xüsusilə Excel-də yaxşı işləmək bacarığı;
  • Azərbaycan dili – əla, ingilis dili – orta və ya yaxşı səviyyədə; rus dili arzuolunandır;
  • ACCA F7 (Financial Reporting) üzrə sertifikat mütləqdir;
  • Yüksək analitik və riyazi düşünmə qabiliyyəti;
  • Diqqətlilik, məsuliyyətlilik və dəqiqlik;
  • Müstəqil işləmək və müəyyən edilmiş son tarixlərə riayət etmək bacarığı.
  • CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin və mövzu sətrində “Aparıcı mühasib” qeyd edin.
Geri