Aparıcı texnik (kamera, siqnalizasiya və zəif axın sistemləri üzrə)
İşin təsviri
• Kamera müşahidə sistemlərinin (CCTV - IP/Analog) kabel çəkilişinə, quraşdırılmasına, sazlanmasına və proqramlaşdırılmasına nəzarət edilməsi və icrası;
• Yanğın və mühafizə siqnalizasiyası, girişə nəzarət (Access Control) sistemlərinin montajı, sensor, siren və mərkəzi panellərin qoşulması və tənzimlənməsi;
• Şəbəkə (UTP, FTP, Fiber Optik) və enerji xətlərinin çəkilməsi, Fiber Optik kabellərin qaynağı (splicing) və ölçülməsi işlərinin həyata keçirilməsi;
• Kabel kanalları, borular və metal konstruksiyaların montajının keyfiyyətinə və layihəyə uyğunluğuna nəzarət edilməsi;
• NVR, DVR, switch, PoE switch, access point və digər şəbəkə avadanlıqlarının fiziki quraşdırılması, IP ünvanlanması və konfiqurasiya olunması;
• Sistemlərin yekun testinin aparılması, mürəkkəb texniki nasazlıqların dərhal diaqnostikası və aradan qaldırılması;
• Layihə və montaj sxemlərinə dəqiq riayət olunmasını təmin etmək, zəruri hallarda sxemlərə texniki düzəliş təkliflərinin təqdim edilməsi;
• Obyektdə çalışan kiçik texnik və texniklərin iş bölgüsünün aparılması, onların işinə yönəldici nəzarətin olunması;
• Görülmüş işlər, layihənin gedişatı və yekun sınaq nəticələri barədə texniki rəhbərə müntəzəm hesabatların təqdim edilməsi.
İş şəraiti:
• İş yeri: Bakı şəhəri;
• 6 günlük iş həftəsi;
• Əmək haqqı 900-1100 AZN (namizədin bilik, bacarıq və təcrübəsinə əsasən təyin olunacaqdır).
Tələblər
- Kamera, siqnalizasiya və zəif cərəyan sistemlərinin quraşdırılması və tənzimlənməsi sahəsində 2-3 il iş təcrübəsi;
- Müxtəlif brendlərin (Hikvision, Dahua, Honeywell və s.) IP avadanlıqları və proqram təminatı ilə sərbəst işləmək bacarığı;
- Şəbəkə sistemləri (LAN/WAN, IP konfiqurasiya, Router/Switch tənzimləmələri) üzrə praktiki biliklər;
- Layihə, çertyoj və montaj sxemlərini sərbəst oxumaq və təhlil etmək bacarığı;
- Məsuliyyətli, intizamlı və komandada işləmək bacarığı.
- Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini Subject/Mövzu hissədə “Aparıcı texnik (kamera, siqnalizasiya və zəif axın sistemləri üzrə)” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməsi xahiş olunur