BA
Avtomatika üzrə texnik (Zirə)
Buta Agro
Aşağıdakı şərtlər üzrə “Avtomatika üzrə texnik” (Zirə) tələb olunur.
İş şəraiti
• İş yeri: Bakı şəhəri,Xəzər yayonu, Zirə qəsəbəsi
• İş saatı: Həftədə 6 gün həftəlik 40 saat olmaqla
• Əmək haqqı: Müsahibə əsasında təyin olunur
Vəzifə öhdəlikləri
- İstixanada avtomatika və elektronika sistemlərinin texniki vəziyyətinə nəzarət etmək;
- Sensorların, ölçü cihazlarının, idarəetmə panellərinin və digər elektron avadanlıqların işlək vəziyyətini yoxlamaq;
- Avadanlıqlarda yaranan texniki nasazlıqları müəyyən etmək və aradan qaldırılmasını təmin etmək;
- Avtomatik idarəetmə sistemlərinin düzgün işləməsinə nəzarət etmək;
- Elektronika avadanlıqlarında yaranan nasazlıqları və problemləri həll etmək;
- Priva və digər istixana idarəetmə sistemlərinin işində yaranan texniki problemlərin müəyyənləşdirilməsini və aradan qaldırılmasını təmin etmək;
- Qaz təhlükəli yerlərdə: nasosxanalarda, qazanxanda və hündürlükdə işlərin təhlükəsiz yerinə yetirilməsinə bilavasitə nəzarət edir;
- Avadanlıqların və qurğuların təmirində, qulluq edilməsində istifadə olunan ehtiyat hissələrinin və mal-materialın təyinatı üzrə sərf olunmasına, onların saxlanılmasına nəzarət edir;
- Təmir və montaj işlərinin görülməsi üçün istifadə edilən alət və vasitələrin saz vəziyyətdə saxlanılmasını təmin edir;
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normalarına riayət edir;
- Rəhbərlik tərəfindən vəzifə öhdəlikləri ilə bağlı digər tapşırıqları yerinə yetirir.
- Təhsil və iş təcrübəsi
- Ali təhsil
- Minimum 2 il vəzifə üzrə təcrübə (İstixana üzrə iş təcrübəsi olmağı üstünlükdür)
- Bacarıq və səriştələr
- İstixana avadanlıqları ilə işləmə bacarığı;
- Komandada işləmək bacarığı;
- Məsuliyyətlilik.
- Təminatlar:
- Nəqliyyat və naharla təmin edilir.
- Bilməlidir
- Avtomatika və elektronikanın əsaslarını;
- Elektron avadanlıqların və cihazların iş prinsipini;
- İstixana avadanlıqları ilə işləməyi;
- Texniki xidmət ilə bağlı daxili nizam-intizam qaydalarını;
- Əməyin mühafizəsinin, texniki təhlükəsizliyinin, istehsalat sanitariyasının, mülki müdafiənin norma və qaydalarını, qəza halları zamanı fəaliyyətlərini.
- Zəhmət olmasa CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin. CV-ləri göndərərkən başlıq yerinə “Avtomatika üzrə texnik (Zirə)” qeyd etməyi unutmayın.