Avtomatlaşdırma və elektromexanika üzrə mühəndis
Əsas vəzifə öhdəlikləri:
• İstehsalat avadanlıqlarındakı avtomatika və elelktronika ilə bağlı yaranmış problemləri aradan qaldırır;
• Avtomatlaşdırma sistemlərinin (PLC, SCADA, HMI, VFD və digər idarəetmə sistemləri) texniki vəziyyətini izləyir, diaqnostika və sazlama işlərini həyata keçirir;
• Elektrik sxemləri, idarəetmə sxemləri və texniki sənədlər üzrə dəyişiklikləri izləyir və aidiyyəti sənədlərin yenilənməsində iştirak edir;
• Avtomatlaşdırma və elektronika avadanlıqları ilə bağlı texniki hesabatların, nasazlıq analizlərinin və görülmüş işlər üzrə məlumatların hazırlanmasında iştirak edir;
• Avtomatlaşdırma avadanlıqları üçün tələb olunan ehtiyat hissələri və elektron komponentlərin texniki uyğunluğunu müəyyən edir, sifariş prosesində iştirak edir;
• Sensorlar, icraedici mexanizmlər, idarəetmə modulları və elektron komponentlərin düzgün işləməsinə nəzarət edir, nasazlıqların aradan qaldırılmasında iştirak edir;
Tələb olunan təhsil, iş təcrübəsi:
• Təhsil: Ali təhsil: Proseslərin avtomatlaşdırılması mühəndisi sahəsində
• İş təcrübəsi: Avtomatlaşdırma və elektromexanika üzrə mühəndis istiqamətləri üzrə minimum 1 il iş təcrübəsi; (istehsal sahəsi üzrə təcrübəsi üstünlükdür)
İş şərtlərimiz:
• İş qrafiki: Tam iş günü (5 gün);
• İş saatları: 09:00-18:00;
• İş yeri: Abşeron ray, Hökməli qəs, Avrora Sənaye Parkı
Biz nə təklif edirik:
• Əmək bazarında rəqabətli əməkhaqqı;
• Peşəkar komanda mühiti;
• Şirkət hesabına korporativ nömrə;
• Nahar təminatı.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Avtomatlaşdırma və elektromexanika üzrə mühəndis” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.