Baş anbardar
“NG SKY” MMC “Baş anbardar” vəzifəsinə yüksək təcrübəli namizəd axtarır.
Əsas öhdəliklər:
• Anbarın gündəlik fəaliyyətini təşkil etmək və anbar əməliyyatlarına rəhbərlik etmək;
• Anbara daxil olan məhsulların, xammal, material və digər maddi sərvətlərin qəbulunu, sayılmasını, çeşidlənməsini və müvafiq sənədlərlə rəsmiləşdirilməsini təmin etmək;
• Qəbul edilən məhsulların miqdarının, çeşidinin, keyfiyyətinin müşayiətedici sənədlərə uyğunluğunu yoxlamaq;
• Məhsulların və materialların müəyyən edilmiş saxlanma tələblərinə uyğun şəkildə yerləşdirilməsini və saxlanılmasını təmin etmək;
• Anbarda temperatur, rütubət, sanitariya-gigiyena, yanğın təhlükəsizliyi və digər müvafiq saxlama tələblərinə riayət olunmasına nəzarət etmək;
• Məhsulların son istifadə müddətinə nəzarət etmək, son istifadə müddəti yaxınlaşan məhsulların vaxtında müəyyən edilməsi və bununla bağlı məlumatların müvafiq şöbələrə ötürülməsi;
• FIFO/FEFO prinsiplərinə uyğun olaraq məhsulların anbardan buraxılmasını təmin etmək;
• Anbar ehtiyatlarının optimal səviyyədə saxlanılmasını təmin etmək, çatışmazlıq və ya artıq ehtiyat yarandıqda bununla bağlı məlumatların müvafiq şöbələrə ötürülməsi;
• Anbar üzrə giriş-çıxış əməliyyatlarının düzgün və vaxtında uçota alınmasını təmin etmək;
• Anbar qalığına dair məlumatların uçot sistemində düzgün əks etdirilməsinə nəzarət etmək;
• Dövri və illik inventarizasiyaların keçirilməsini təşkil etmək və inventarizasiya nəticələrinin rəsmiləşdirilməsi;
• Anbar fəaliyyətinin təkmilləşdirilməsi, əməliyyat xərclərinin və itkilərin azaldılması ilə bağlı rəhbərliyə təkliflər vermək;
• Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, yükləyib-boşaltma və yanğından mühafizə tələblərinə riayət etmək;
• Anbarda təmizlik və sanitariya-gigiyena qaydalarına riayət etmək;
Vəzifə üzrə əsas tələblər:
• Müvafiq sahədə 5 il təcrübəsinin olması;
• Anbar təsərrüfatının təşkili və idarə edilməsi prinsiplərini bilmək;
• Anbar əməliyyatlarını planlaşdırmaq və effektiv təşkil etmək;
• FIFO və FEFO prinsipləri ilə işləmək təcrübəsinin olması;
• Anbar işçilərinin fəaliyyətini koordinasiya etmək və iş bölgüsü aparmaq üzrə təcrübənin olması;
• Yüksək məsuliyyətlilik və dəqiqlik bacarığının olması;
• Anbar uçotu sistemləri ilə işləmək bacarığı;
• Barkod və etiket sistemləri ilə işləmə təcrübəsi;
• Microsoft Office (Word, Outlook, Excel) proqramlarından istifadə bacarığının olması;
Qeyd olunan kriteriyalara uyğun olan namizədlərdən CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur;
Yalnız tələb olunan kriteriyalara cavab verən namizədlərlə əlaqə saxlanılacaq.