Vakansiyalar
AC

Böyük satınalma mütəxəssisi

Avant Construction

Vəzifə öhdəlikləri

  • RFQ (Qiymət Sorğusu), RFP (Təklif Sorğusu) və tender sənədlərinin hazırlanması prosesində iştirak etmək, tender paketlərini formalaşdırmaq və sənədlərdəki uyğunsuzluq və səhvləri müəyyən etmək;
  • Subpodratçıların ilkin seçim (Pre-Qualification) prosesini müəyyən edilmiş prosedurlara uyğun həyata keçirmək, onların iş təcrübəsini və uyğunluğunu araşdırmaq və qiymətləndirmək;
  • İddiaçı siyahılarının, müqayisə cədvəllərinin, tender tövsiyələrinin, tender sonrası aydınlaşdırmaların, tender qiymətləndirmələrinin və digər tender sənədlərinin hazırlanmasını və təqibini həyata keçirmək;
  • Tender qalibi müəyyən edilmiş şirkətlərlə müqavilələrin imzalanması prosesini koordinasiya etmək;
  • Texniki və Layihə komandalarından daxil olan qiymət sorğularını araşdırmaq və müvafiq məhsul və xidmətlər üzrə bazar qiymətlərini təhlil etmək;
  • Mövcud subpodratçılarla işgüzar münasibətləri idarə etmək və yeni potensial subpodratçıların cəlb olunmasını təmin etmək;
  • Tender jurnalını (Tender Log) mütəmadi olaraq yeniləmək və məlumatların aktuallığını təmin etmək;
  • Tender və satınalma prosesləri üzrə müvafiq hesabatları hazırlamaq və təqdim etmək.

Tələblər

  • Ali təhsil: biznesin idarə edilməsi, maliyyə və ya əlaqəli ixtisaslar üzrə bakalavr dərəcəsi;
  • İş təcrübəsi : Müvafiq sahədə ən azı 2 il iş təcrübəsi ;
  • Tikinti metodları, tender prosedurları, tikinti və layihə idarəetməsinin əsasları, habelə əsas müqavilə növləri üzrə biliklər;
  • Təchizat proseslərinin əsas qayda, prosedur və prinsipləri üzrə biliklər;
  • Risklərin müəyyən edilməsi, qiymətləndirilməsi və azaldılması istiqamətində təkliflər vermək bacarığı;
  • Tender və satınalma proseslərinin planlaşdırılması və koordinasiyası üzrə bacarıqlar;
  • MS Office proqramlarında, xüsusilə Microsoft Excel-də yaxşı səviyyədə işləmək bacarığı;
  • ERP sistemləri ilə iş təcrübəsi;
  • Bazar araşdırması və analitik təhlil bacarığı;
  • Əlavə məlumat:
  • İş qrafiki: 5/2, 09:30-18:30
  • Nahar şirkət tərəfindən təmin edilir
  • Əmək haqqı: 2300-3000 AZN (NET)
  • Maraqlanan namizədlər CV formalarını mövzu yerinə “Böyük satınalma mütəxəssisi” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Geri