Vakansiyalar
OS

CNC operator köməkçisi

Open Systems MMC

“Open Systems” şirkəti — gizli qapıların istehsalı üzrə ixtisaslaşmış peşəkar komanda — öz heyətinə öyrənməyə həvəsli, texniki düşüncəyə malik və məsuliyyətli CNC operator köməkçisi axtarır.

Əgər siz CNC avadanlıqları ilə işləməyi öyrənmək, istehsalat sahəsində peşəkar bacarıqlar qazanmaq və gələcəkdə CNC operatoru kimi fəaliyyət göstərmək istəyirsinizsə, bu fürsəti qaçırmayın!

Tələblər

  • Yaş həddi: 30 yaşa qədər
  • CNC sahəsində təcrübə arzuolunandır, lakin təcrübəsiz namizədlər də öyrədiləcək
  • Kompüterdən istifadə üzrə baza bilikləri
  • AutoCAD və ya oxşar proqramlarla işləmək bacarığı arzuolunandır
  • Texniki düşüncə və öyrənməyə açıq olmaq
  • Ölçü və texniki çertyojları oxumağa maraq
  • Komandada işləmək bacarığı
  • Fiziki işə dözümlülük və məsuliyyətli yanaşma
  • İş şəraiti:
  • Əmək haqqı: başlanğıc səviyyəsində 700 AZN, bilik və bacarıqlar artdıqca artırılır
  • İş qrafiki: 6 günlük iş həftəsi, 09:00–18:00
  • İş yeri: Bakı şəhəri, “Ulduz” metro stansiyasına yaxın ərazi
  • Peşəkar CNC operatorları tərəfindən praktiki öyrədilmə
  • CNC avadanlıqları, texniki çertyojlar və istehsalat prosesləri ilə işləmə təcrübəsi
  • Gələcəkdə CNC operatoru kimi inkişaf etmək və ixtisaslaşmaq imkanı
  • Əlaqə: +994 50 592 87 89
  • Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
  • Qeyd: Öyrənmək, inkişaf etmək və uzunmüddətli əməkdaşlıq etmək istəyən şəxslərin müraciət etməsi rica olunur.
Geri