Cost Controller (Xərclərə nəzarət üzrə mütəxəssis)
Restoran və Keytrinq sahəsində fəaliyyət göstərən şirkətimizə “Cost Controller” (Xərclərə nəzarət üzrə mütəxəssis) tələb olunur.
Vəzifə öhdəlikləri:
• Xammal girişindən məhsul çıxışına qədər prosesin izlənməsi, kontrol edilməsi və proqramda düzgün əks olunmasının təmin edilməsi;
• Xammal maliyyətlərinin keyfiyyət və toplam məhsul maliyyəti baxımından təhlil edilməsi;
• Anbar qalıqlarının proqram üzərindən və real olaraq təqib edilməsi və uyğunsuzluqların dərhal araşdırılması;
• Gündəlik və aylıq xərclərin izlənilməsi, təhlil edilməsi və verilən hədəflərə uyğun olub olmamasının yoxlanılması;
• Ay sonu anbar qalıqlarının yoxlanılmasına kömək edilməsi və faktiki qalıqların sistemdəki məlumatlarla müqayisə edilməsi;
• Uyğunsuzluqların aşkar edilməsi və hesabatların hazırlanması;
• Xərclərin azaldılması və optimallaşdırılması üçün təkliflərin verilməsi;
• İstehsalat və anbar əməliyyatlarının effektiv idarə olunmasına dair məlumatların toplanması və təhlillərin aparılması.
Tələblər:
• Təhsil: Ali (Maliyyə, İqtisadiyyat, Mühasibatlıq və ya əlaqəli sahədə təhsil);
• Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
• Analitik düşünmə və təhlil bacarığı;
• IIKO proqramı ilə yüksək səviyyədə işləmə bacarığı;
• Restoran və keytrinq sahəsində maliyyə nəzarətinə maraq;
• Dəqiqlik, məsuliyyətlilik və komandada işləmə bacarığı.
İş şəraiti:
• İş yeri: Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti 23;
• İş qrafiki: 6 günlük;
• Nahar şirkət tərəfindən təmin olunur;
• Əməkhaqqı: Razılaşma yolu ilə.
Uyğun namizədlər CV'lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına “Cost Controller” qeyd edərək göndərə bilər.