Vakansiyalar
PB

Daxili Audit departamenti üzrə Auditor köməkçisi

PASHA Bank

Təsvir

• Audit Layihəsi çərçivəsində həvalə edilmiş audit prosedurlarını həyata keçirmək (audit obyektindən məlumatı toplamaq, sənədləşdirmək və s.) və aşkar olunmuş çatışmazlıqlar haqqında layihə rəhbərinə dərhal məlumat vermək;

• Sahə işi zamanı aparılmış təhlillər və müsahibələr barədə yazılı iş sənədi hazırlamaq;

• Aşkar olunmuş nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün Şirkət rəhbərliyi tərəfindən hazırlanmış tədbirlər planının icrasının monitorinqini həyata keçirmək;

• Audit üzrə iş və vaxt bölgüsü hesabatının (Retain management) hazırlanmasında iştirak etmək;

• Layihə rəhbəri və ya Daxili Audit Departamentinin direktoru tərəfindən həvalə olunan digər tapşırıqları səlahiyyət çərçivəsində yerinə yetirmək;

• Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar və s.

Tələblər

  • Müvafiq sahədə akademik dərəcə (ən azı ali təhsil);
  • Ali iqtisadi və ya hüquqi təhsil, ali təhsil digər ixtisaslar üzrə olduqda əlaqədar sahələrdə minimum dörd illik təcrübə;
  • Audit sahəsinə aid nəzəri biliklər;
  • Şirkətin fəaliyyət sahəsini tənzimləyən dövlət icra orqanının tərtib etdiyi normativ və hüquqi sənədlər üzrə biliklərin olması;
  • Analitik bacarıqlar, ünsiyyət qurma bacarıqları;
  • Kompüter savadlığı və müvafiq proqram təminatı (MS Windows məhsulları, xüsusi audit proqram təminatı üzrə) ilə işləmək baçarığı;
  • Ölkədaxili ezamiyyələrdə iştirak etmək imkanı.
  • Vakansiya növü - Tam ştat
  • Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Geri
PB
Daxili Audit departamenti üzrə Auditor köməkçisi
PASHA Bank
Müraciət et
Elan tarixi: 27 iyul 2026
Son müraciət: 27 avqust 2026
Sirk?t PASHA Bank
Mənbə ID 146960
Baxış 1

Detail.Share