Əmək haqqı hesablanması üzrə proqramçı
Əmək haqqı sistemləri və biznes məntiqi ilə işləməyi sevən,
Güclü backend və database təcrübəsinə sahib,
Analitik düşüncəli proqramçı axtarırıq!
Sizdən nələri gözləyirik?
• .NET Core və C# üzrə minimum 5 il praktiki iş təcrübəsi
• MS SQL ilə yüksək səviyyədə işləmə bacarığı
• Stored procedure, function, trigger, view və kompleks SQL sorğuları üzrə güclü təcrübə
• Oracle və PostgreSQL bazaları ilə işləmə təcrübəsi
• Verilənlər bazasında biznes məntiqinin qurulması və optimallaşdırılması bacarığı
• Backend arxitekturası və API-lərlə işləmə təcrübəsi
• REST API və SOAP servislərlə iş təcrübəsi
• Microservices arxitekturası üzrə təcrübə
• Performans problemlərinin analiz və optimallaşdırılması bacarığı
• Əmək haqqı üzrə qanunvericiliyi yaxşı bilmək
• Əmək haqqı hesablanması proqram təminatlarının hazırlanması üzrə təcrübə
• Git ilə işləmə bacarığı
• Komanda ilə işləmə və məsuliyyətli yanaşma
• Analitik düşüncə və problem həll etmə bacarığı
• Ali təhsil
• Texniki ingilis dili biliyi (üstünlükdür)
• Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı
Görəcəyiniz işlər:
• Əmək haqqı hesablanması üzrə yeni funksionallıqların hazırlanması
• Mövcud modulların təkmilləşdirilməsi və optimallaşdırılması
• Əmək haqqı hesablamaları üzrə biznes məntiqinin proqramlaşdırılması
• MS SQL, Oracle və PostgreSQL bazalarında prosedur və sorğuların hazırlanması
• Stored procedure və function-ların optimallaşdırılması
• .NET Core və C# ilə backend servis və modulların hazırlanması
• Verilənlər bazası performansının analiz və optimallaşdırılması
• HR və əmək haqqı prosesləri üzrə texniki tapşırıqların analizində iştirak
• Mövcud sistemlərdə yaranan texniki problemlərin araşdırılması və həlli
• Unit və integration testlərin yazılması
• Mövcud sistemlərin refaktorinqi və optimizasiyası
• Sprint çərçivəsində tapşırıqların vaxtında və keyfiyyətli icrası
• Yeni hesabatların hazırlanması və inkişaf etdirilməsi
Biz sizə nə təklif edirik?
• Peşəkar inkişaf və maraqlı layihələrdə iştirak imkanı
• Dostyana və dəstəkləyici iş mühiti
• Müasir texnologiyalarla işləmək fürsəti
• Namizədin təcrübə və bacarıqları nəzərə alınmaqla, əmək bazarının tələblərinə uyğun rəqabətli əmək haqqı
İş şəraiti
• İş yeri: Bakı
• İş növü: Tam ştat (Full-time)
• İş qrafiki: 5 günlük iş həftəsi | 09:00 – 18:00
• İstirahət günləri: Şənbə və bazar
• Əmək haqqı namizədin bilik və təcrübəsinə uyğun olaraq müsahibə zamanı müəyyən ediləcək
Tələblərə uyğun namizədlər CV-lərini mövzu hissəsində “Əmək haqqı hesablanması üzrə proqramçı” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron ünvana göndərə bilərlər.