Əmək haqqı üzrə mühasib
İş yeri: “SUPERTOYS MMC’’ Sədərək TM Ofis
Əmək haqqı: 1200 Azn
Əsas vəzifə öhdəlikləri:
• İşçilərin əməkhaqqı, məzuniyyət, vergi və sosial ödənişlərinin qanunvericiliyə uyğun olaraq düzgün və vaxtında hesablanmasını və ödənilməsini təmin etmək;
• Əməkhaqqı, mükafat, əlavə ödəniş, tutulmalar və digər ödənişlərin (ezamiyyətlər, təhsil və digər sosial məzuniyyətlər, xəstəlik vərəqələri) hesablamalarını həyata keçirmək;
• Əməkhaqqı uçotu sistemlərini (1C, E-GOV və s.) idarə etmək və məlumatların vaxtında daxiledilməsinə nəzarət etmək;
• Gəlir vergisi, DSMF, işsizlikdən sığorta və icbari tibbi sığorta üzrə ödənişlərin hesablanmasını aparmaq və müvafiq dövlət orqanlarına hesabatları təqdim etmək;
• Əməkhaqqı üzrə aylıq, rüblük və illik hesabatları (o cümlədən DSMF və statistik hesabatlar) hazırlamaq;
• İşə qəbul, işdən çıxma, struktur dəyişiklikləri və məzuniyyətlər zamanı əməkhaqqı hesablamalarını tənzimləmək;
• Əməkhaqqı ilə bağlı sənədlərin arxivləşdirilməsini və qorunub saxlanılmasını təmin etmək;
• Əməkdaşların əməkhaqqı və digər ödənişlərlə bağlı müraciətlərini peşəkar şəkildə cavablandırmaq;
• Daxili və xarici audit yoxlamaları zamanı tələb olunan sənədləri və hesabatları hazırlayıb təqdim etmək.
Namizədə olan tələblər:
• İqtisadiyyat, maliyyə, mühasibatlıq və ya biznesin idarə edilməsi istiqaməti üzrə ali təhsil;
• Payroll sahəsində minimum 2 il rəsmi iş təcrübəsi;
• Böyük heyətli şirkətlərdə (500+ əməkdaş) əməkhaqqı hesablanması üzrə real iş təcrübəsi üstünlükdür;
• Retail sektorunda iş təcrübəsi arzuolunandır;
• Komandanın işinin koordinasiyası (şöbələr və filiallarla) və liderlik bacarıqları üstünlük hesab olunur;
• Azərbaycan Respublikasının Əmək Qanunvericiliyini bilməli;
• Məcburi dövlət sosial sığortası, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması qaydaları;
• 1C və E-GOV sistemləri ilə sərbəst işləmək bacarığı;
• Əməkhaqqı, məzuniyyət, ezamiyyət, xəstəlik vərəqəsi, son haqq-hesab, kompensasiyalar, bonuslar, eləcə də bayram, istirahət və artıq iş saatları (overtime) üzrə hesablamaların aparılması;
• Aysonu bağlanışının dəqiq və vaxtında həyata keçirilməsi.
• MS Excel proqramını yüksək səviyyədə bilmək (qabaqcıl funksiyalar və analitika);
Namizədlərdən mövzu hissəsində “Əmək haqqı üzrə mühasib” vakansiya adını göstərməklə öz cv-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələrini xahiş edirik.