SG
Ezamiyyə Koordinatoru
Sinteks Group of Companies
İş Yeri: Sinteks LLC
Lokasiya: Bakı, Azərbaycan
Vəzifənin təsviri
• Ezamiyyə Koordinatoru şirkətin biznes ehtiyaclarına, təsdiq edilmiş səfər planlarına, ezamiyyə büdcəsinə və korporativ standartlarına uyğun olaraq işçilərin işgüzar səfərlərini təşkil edir. Bu vəzifə viza müraciətləri üçün zəruri sənədlərin toplanması, aviabiletlərin rezervasiyası və alışı, otellərin bron edilməsi, həmçinin səfərlə bağlı məlumatların və təsdiqedici sənədlərin aidiyyəti struktur bölmələrə vaxtında təqdim edilməsinə cavabdehdir.
Vəzifə öhdəlikləri
- Viza sənədləri və müraciətlərin koordinasiyası
- İşçilərin vizanın alınması üçün zəruri sənədlərini toplayır və səfirliyə müraciət edir.
- Viza müraciəti üçün tələb olunan sənədlərin tamlığını və düzgünlüyünü yoxlayır.
- Viza məlumatlarını sistemə daxil edir və bitmə tarixlərini nəzərət edir və vizanı vaxtında yenilməsini təmin edir
- Aviabiletlər və Otellər
- Ezamiyyətə gedən işçilərin aviabiletlərini rezervasiyasını və alışını təşkil edir.
- Otel seçimi zamanı tarixlər, yerləşmə yeri və təsdiqlənmiş büdcə tələblərini nəzərə alaraq rezervasiya edir.
- Maliyyə və daxili koordinasiya
- Ezamiyyətə gedən işçilərin səfər üzrə məlumatlarını maliyyə şöbəsinə təqdim edir.
- Otellərin rezervasiya və aviabilet sifarişləri üzrə hesab-fakturaların düzgünlüyünü yoxlayır və ödənişlərin icrası üçün zəruri məlumatları maliyyə departamentinə təqdim edir
- Ezamiyyət haqqında məlumatların qeydiyyatını aparır.
- Ezamiyyət təşkilatçılığı
- Məsuliyyət sahəsi:
- Viza müraciətləri
- Aviabilet və otel rezervasiyası
- Daxili koordinasiya və ödənişlər
Tələblər
- Professional biliklər:
- Aviabilet və otel rezervasiyası sistemləri və ya oxşar travel-booking platformaları üzrə praktiki biliklər (Bu tələb CV-də GDS/Amadeus/Sabre/Galileo, aviaşirkət və ya otel platformaları, travel agency sistemi, korporativ səfər platforması, aviabilet və/və ya otel rezervasiyası üzrə iş təcrübəsi göstərildikdə qarşılanmış hesab edilir).
- Viza müraciətləri və səfirlik/konsulluq sənədləri üzrə praktiki biliklər (Bu tələb CV-də viza sənədlərinin toplanması, səfirlik/konsulluq müraciətləri, appointment/vaxt təyini, viza müddətlərinin izlənilməsi, yenilənmə və/və ya səfər/miqrasiya sənədləri üzrə iş təcrübəsi göstərildikdə qarşılanmış hesab edilir).
- İngilis dili biliyi: B1 (Intermediate) və ya daha yüksək səviyyə.
- MS Office
- Təhsil:
- Ali təhsil arzuolunandır,
- Rezervasiya sistemi, GDS, Amadeus, Sabre, Galileo, travel/ticketing və ya oxşar sahə üzrə sertifikat və ya əsas kurs üstünlükdür.
- İş təcrübəsi:
- Ezamiyyə/travel koordinasiyası, viza müraciətləri, viza sənədləri, aviabilet rezervasiyası və alışı, otel/yerləşmə bron edilməsi və/və ya işgüzar səfər sənədlərinin koordinasiyası üzrə ən azı 1 il iş təcrübəsi.
- Professional bacarıq və kompetensiyalar:
- Təşkilatçılıq
- Danışıqların aparılması
- Zamanın idarə olunması
- Detallara diqqət
- Problem həll etmə
- Stressin idarə olunması
- Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.