Fərq müqavilələri üzrə marja ticarəti xidmətləri şöbəsinin mütəxəssisi
Vəzifə üzrə tələblər
• Ən azı 1 il iş təcrübəsi
• Maliyyə, tətbiqi riyaziyyat, informasiya texnologiyaları və ya əlaqəli sahələr üzrə ali təhsil.
• Maliyyə bazarları ilə iş təcrübəsi üstünlük hesab olunur.
• Texniki düşüncə tərzi, informasiya sistemlərinin arxitekturasını və onların qarşılıqlı işləmə prinsiplərini qısa müddətdə anlama bacarığı.
• Müxtəlif sistemlərin inteqrasiya prinsipləri (API, məlumat mübadiləsi, avtomatlaşdırılmış proseslər) barədə anlayış.
• Əməliyyatların müxtəlif sistemlər arasında tam keçid prosesini anlamaq və izləmək, kənarlaşma və ya xətaların yarandığı mərhələləri müəyyən etmək bacarığı.
• Əməliyyat və sistem məlumatlarını təhlil etmək, müxtəlif mənbələrdən əldə olunan məlumatları müqayisə etmək və uyğunsuzluqları müəyyən etmək bacarığı.
• Xətaları müstəqil şəkildə təhlil etmək və onların aradan qaldırılması yollarını təklif etmək bacarığı.
• İxtisaslaşmış biznes sistemlərinin və platformaların administrasiyasını və sazlanmasını qısa müddətdə mənimsəmək bacarığı.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.