Vakansiyalar
AC

Geodeziya mühəndisi

Az-Caspian Construction

İşin təsviri:

• Topoqrafiya-geodeziya işlərinin planlaşdırılması və təşkili;

• Təlimatlarla və normalarla tənzimlənən topoqrafik işlərin görülməsi;

• Planlaşdırılmış və hesablanmış texniki işlərin qeydiyyatının aparılması;

• Geodeziya və Mühəndislik alətlərindən istifadə etməklə xəritələrin hazrlanmasında tətbiq ediləcək nöqtələri müəyyən etmək;

• Topogeodeziya işlərinin keyfiyyətinin yüksəldilməsi məqsədilə tədbirlər cədvəlinin və çöl nəzarət cədvəlinin tərtibi;

• Müxtəlif miqyaslı xəritələrin tərtib edilməsi, topoqrafiq və xüsusi xəritələrin (planların) hazırlanması, xəritə və sənədlərin sürətlərinin çıxarılması, çoxaldılmasının yerinə yetirilməsi;

• Kartoqrafiq işlərin dəqiqliklərini nizamlayan normativ sənədlərin və başqa normativ standartlar fondunun tətbiqi üzrə işlərin yerinə yetirilməsi;

• Xəritələrin tətbiqində və onların hazırlanmasında planın yerinə yetirilməsi haqqında məlumatların toplanması və səhmana salınması, vacibliyi lazım olan avadanlıqların qeydiyyatının aparılması;

Tələblər

  • Ali təhsil;
  • İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 3 il;
  • Topoqrafik alətlər ilə işləmə bacarığı;
  • Dil bilikləri: Azərbaycan dili (əla),  inigilis və rus dilləri arzuolunandır;
  • Kompüter bilikləri: MS Office və Autocad proqramlarını yaxşı dərəcədə bilməli;
  • Müddətdən asılı olmayaraq ezamiyyətə açıq olmaq;
  • Diqqətli və məsuliyyətli olmaq;
  • Planlama və təşkilatçılıq qabiliyyəti;
  • İş şəraiti:
  • İş rejimi: 6 gün.
  • Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır.
  • Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini (foto ilə) mövzu yerinə “Geodeziya mühəndisi” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməsi xahiş olunur.
  • Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.
  • Əlaqə telefonu: 055 216 20 65
Geri