Gözətçi (Mühafizəçi)
Çinarlı Park yaşayış kompleksinin ərazisinin təhlükəsizliyini təmin etmək məqsədilə Gözətçi (Mühafizəçi) vəzifəsinə peşəkar və məsuliyyətli namizədlər axtarır.
İş barədə məlumat:
• Mühafizə olunan əraziyə kənar şəxslərin daxil olmasının və nəqliyyat vasitələrinin giriş-çıxışının nəzarətdə saxlanılması.
• Ərazidə baş verən hər hansı təhlükəsizlik pozuntuları və ya şübhəli hallarla bağlı rəhbərliyi dərhal məlumatlandırmaq.
• Yanğın təhlükəsizliyi qaydalarına əməl etmək və fövqəladə hallarda müvafiq tədbirlər görmək.
• Növbəni təhvil-təslim edərkən bütün qeydlərin və məlumatların dəqiq ötürülməsini təmin etmək.
Iş təsviri
• İş qrafiki: Həftədə 6 gün. (növbəli şəkildə gündüz və gecə smeni)
• İstirahət günü: Həftədə 1 dəfə (razılaşma yolu ilə).
• Əmək haqqı: 650 AZN NET
Namizədə dair tələblər:
• Məsuliyyətli, dürüst və diqqətli olmalı;
• Yaş 30-50
• Fiziki cəhətdən sağlam və gərgin iş rejimində işləməyə hazır olmaq.
• İş qrafikinə ciddi riayət etməli;
• Kollektivlə ünsiyyət qurma bacarığı;
• Müvafiq sahədə təcrübənin olması arzuolunandır.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.