Vakansiyalar
AE

HVAC sistemləri üzrə mühəndis

Almep Engineering Group

Əsas vəzifə öhdəlikləri:

• Havalandırma, isitmə və soyutma sistemləri işləri üzrə ilkin layihələrin hazırlanmasında iştirak etmək;

• Sənaye təyinatlı və digər bina və obyektlərdə havalandırma, isitmə və soyutma sistemlərin quraşdırma işlərini layihələndirmək, təkmilləşdirmə işlərini aparmaq;

• İstehsal, tikinti və quraşdırma standartları və spesifikasiyalarının tələblərinə uyğun layihələrin tərtibi üçün geniş texniki hesablamaları aparmaq;

• Avadanlıqların seçilməsi, avadanlıqların (yük hesabatlarının) soyutma – isitmə güclərinin, hava miqdarının və diğər texniki parametrlərinin hesablanma işlərini aparmaq;

• Tamamlanmış quraşdırma işlərinin layihəyə və avadanlığın texniki xarakteristikasına uyğunluğunun müşahidə prosesini həyata keçirmək;

• Layihələşdirmə tapşırıqlarının yerinə yetirilməsi üçün kompüter vasitəsilə mühəndis və layihələşdirmə proqram paketindən istifadə etmək;

• Layihələndirmə üzrə layihə təşkilatlarına verilən tapşırıqların (sifarişlərin) hazırlanması və təqdim olunmasında iştirak etmək;

• Müxtəlif təyinatlı tikili və təmir işlərinin HVAC cizgilərin AutoCAD vasitəsi ilə çəkilməsi;

• Obyektlərin layihələndirilməsi üçün ilkin məlumatları hazırlamaq, layihələndirmə üçün tapşırıqlar tərtib etmək və onları layihə təşkilatlarına göndərmək;

• Layihə sənədləri üzrə, podratçı təşkilatlardan rəylərin alınmasını təmin etmək, ekspertiza və podratçının iradları üzrə onun axıra qədər işləməsinə nəzarət və təsdiq etmək;

• İdarənin özünün tikintiləri üçün, podratçı təşkilatlarını layihə sənədləri ilə təmin etmək;

• Təsdiq olunmuş layihə-smeta sənədlərinə uyğun, yerlərdə işlərin gedişatına mütəmadi nəzarət funksiyasını həyata keçirmək;

• Faktiki işlərin gedişinə uyğun olaraq layihə-smeta sənədlərinə vaxtında düzəlişlər etmək və həmin düzəlişlər barədə aidiyyəti şöbələrə məlumat vermək;

• Layihə üzrə qeyd edilmiş iş həcmlərinin yoxlanılması və düzgünlüyü haqqında lazımı sənədləri hazırlamaq;

• Layihələrin yerinə yetirilməsi zamanı qüvvədə olan SniP, qaydalar, standartlar və digər texniki və normativ sənədlərin tələblərinə riayət olunması;

• Layihələrin təqvim üzrə planlamasını yerinə yetirmək və layihə üçün vaxt planının müəyyən edilməsi;

• Layihələri FNH ekspertiza idarəsinin tələblərinə uyğun hazırlamaq və ekspertiza idarəsinə təhvil verərək, layihəni müdafiə etmək;

• Ümumi layihələrə aid sənədlərin ayıq (hər ayın əvvəli) tərtib edilməsi (Forma 2, Smeta və.s);

• Layihələrin müvafiq dövlət orqanları ilə razılaşdırlmasında iştirak etmək.

Namizədə olan tələblər:

• Müvafiq sahə üzrə Ali təhsil;

• Tikinti (MEP) sahəsində ümumi olaraq 3 ildən yuxarı iş təcrübəsi;

• Kompüter bilikləri: AutoCAD əla bilməli; MS Office və xüsusi proqram təminatlarında sərbəst işləmə bacarığı; 3D MAX, VRAY, REVİT arzu olunandır;

• Dil bilikləri: Azərbaycan dilinin yüksək səviyyədə olması, ingilis və rul dilləri arzu olunandır;

• Layihəyə nəzarət bacarığına malik olmalı;

• Komandada işləmə bacarığına malik olmalı;

• Diqqətli və dəqiq olmalı;

• İşgüzar və məsuliyyətli olmalı.

İş şəraiti:

• İş rejimi: 6 günlük (09:00-17:00, şənbə qısa iş günü)

• İş yeri: Bakı şəhəri, Xətai rayonu, İzzət Orucova 2

• Əmək haqqı namizədin bilik və bacarığına əsasən təyin olunacaq

• Azərbaycan Respublikası ƏM-nin qanunvericiliyinə əsasən sənədləşmə

“CV”-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu yerində "HVAC sistemləri üzrə mühəndis" başlığı yazmaqla göndərməyiniz xahiş olunur.

Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

Geri