Vakansiyalar
UN

İnformasiya təhlükəsizliyinin idarəetmə sisteminin idarəedilməsi üzrə məsul şəxs

Unicapital

Vəzifə öhdəlikləri

  • Şirkət daxilində mövcud İnformasiya Təhlükəsizliyi İdarəetmə Sisteminin (ISMS) beynəlxalq standartlara (PCI DSS, ISO 27000) uyğun qurulmasında və təkmilləşdirilməsində dəstək olmaq;
  • Korporativ “ISMS” sisteminin standartlara uyğunluğunu izləmək, sistemin tərkibi və dəstəkləyici sənədlərin yaradılması və aktuallığının təmin edilməsi;
  • İnformasiya təhlükəsizliyi üzrə siyasət, prosedur və qaydaların icrasına nəzarət etmək;
  • Daxili və xarici auditlərdə iştirak etmək, komplayns, sertifikasiya və re-sertifikasiya proseslərinə dəstək vermək;
  • Şirkət daxilində informasiya təhlükəsizliyi üzrə maarifləndirmə proqramlarının hazırlanması və təkmilləşdirilməsi;
  • Maarifləndirmə tədbirlərinin planlaşdırılması və həyata keçirilməsi;
  • İnformasiya təhlükəsizliyi üzrə biliklər bazasının yaradılmasına və yenilənməsinə dəstək göstərmə
  • Vəzifəyə olan tələblər:
  • Ali təhsil (İnformasiya texnologiyaları və ya əlaqəli sahələr üzrə);
  • İnformasiya təhlükəsizliyi sahəsində minimum 1 il iş təcrübəsi;
  • Beynəlxalq İnformasiya təhlükəsizliyi standartları (ISO/IEC 27000, PCI DSS və s.) və ən yaxşı təcrübələr haqqında biliklər;
  • İnformasiya təhlükəsizliyi sahəsində mütəmadi inkişaf etmək və yeni biliklər əldə etmək istəyi;
  • Sənədləşmə işlərinin aparılması, siyasət, prosedur, və korporativ standartların hazırlanması və yazılması üzrə təcrübə;
  • Müasir təhlükələr, boşluqlar və mühafizə texnologiyaları barədə biliklər və bu sahədə təcrübə artırma bacarıqları;
  • Təhlil və problemləri həll etmə bacarıqları, məsuliyyətlilik, təşkilatçılıq qabiliyyəti və dəqiqlik;
  • ISO/IEC 27000, ISO/IEC 20000, PCI DSS standartları üzrə biliklər;
  • Yuxarıda qeyd olunan standartların implementasiyası və ya auditində iştirak təcrübəsi (üstünlükdür).
  • Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Geri
UN
İnformasiya təhlükəsizliyinin idarəetmə sisteminin idarəedilməsi üzrə məsul şəxs
Unicapital
Müraciət et
Elan tarixi: 25 avqust 2026
Son müraciət: 25 sentyabr 2026
Sirk?t Unicapital
Mənbə ID 149330
Baxış 1

Detail.Share