KA
İngilis dili müəllimi (təcrübəçi)
Kids Academy by British School
Müddət: 3 ay
Proqram haqqında
• Kids Academy karyerasına yeni başlayan və ingilis dili müəllimi olmaq istəyənlər üçün 3 aylıq təcrübə proqramına start verir. Proqramın məqsədi gənclərə real tədris mühitində praktika qazandırmaq, peşəkar inkişaflarına dəstək olmaq və gələcək karyeralarına düzgün istiqamət verməkdir.
Sizə nə təklif edirik?
• Təcrübəli müəllimlərdən mentorluq və davamlı dəstək
• Real dərs mühitində praktika toplamaq imkanı
• Peşəkar inkişaf üçün istiqamətləndirmə və feedback
• Proqram sonunda müəyyən edilmiş KPI-ları uğurla yerinə yetirən təcrübəçilərə full-time iş imkanı
• Təcrübə proqramını uğurla bitirdikdən sonra tövsiyə məktubu və setifikat
Vəzifə öhdəlikləri
- İngilis dili üzrə conversation (danışıq) dərslərini idarə etmək
- Tədris prosesində komandaya dəstək olmaq
- Mentorların rəhbərliyi ilə dərs materiallarının hazırlanmasında iştirak etmək
- Şirkətdaxili tədris layihələrində yaxından iştirak etmək
Tələblər
- İngilis dilini yüksək səviyyədə bilmək (B2 və yuxarı)
- Müəllimlik sahəsində karyera qurmaq istəyi
- Uşaqlarla işləmək bacarığı
- Öyrənməyə açıq olmaq, məsuliyyətli və punktual olmaq
- Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.