İnşaat mühəndisi
Şirkətimiz “İnşaat mühəndisi” vəzifəsi üzrə vakansiya elan edir.
İş barədə məlumatlar:
• Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun sənədləşmə;
• Əmək haqqı: 2000 AZN;
• 6 günlük iş qrafiki: həftə içi 5 gün - 09:00-17:00, 6-cı gün - 09:00-14:00
• Nahar şirkət tərəfindən verilir;
• Vakansiya növü - tam ştat;
• Ünvan: Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Sea breeze layihəsi.
İşin Təsviri:
• Layihənin həcmini və məqsədlərini müəyyənləşdirmək, bütün müvafiq maraqlı tərəflərlə uyğunlaşdırmaq və texniki cəhətdən mümkünlüyünü təmin etmək;
• Layihəqabağı işlərin təşkil edilməsi, layihələndirmə tapşırığının hazırlanması, müqavilələrin bağlanması üçün sənədlərin hazırlanması, işlərin tam şəkildə planlaşdırılması və təqvim planlarının tərtibi, yerinə yetirilən işlərin dəyəri, həcmi və keyfiyyətinə nəzarət etmək;
• Layihə məqsədinə çatmaqda müsbət və ya mənfi təsir göstərə bilən risk hadisələrini və onların xüsusiyyətlərini müəyyənləşdirmək və aradan qaldırmaq;
• Layihələri başlanğıcdan tamamlanmaya qədər idarə etmək, büdcə, vaxt qrafiki, əhatə dairəsi və keyfiyyət standartlarına riayət edilməsini, eləcə də müştəri tələblərinin yerinə yetirilməsini təmin etmək;
• Layihənin gedişatını davamlı izləmək və əsas mərhələlər və nəticələr haqqında ətraflı hesabatlar hazırlamaq;
• Layihə risklərini və problemlərini qiymətləndirmək, vaxtında və effektiv həllər təklif etmək;
• Layihə üzrə şirkəti təmsil etmə, o cümlədən müştəri, məsləhətçi, subpodrat və dövlət ilə olan rəsmi və qeyri rəsmi münasibətlərin tənzimlənməsini;
• Sahədə yerinə yetirilmiş tikinti işləri üzrə hazırlanmış Forma-2 və Forma-3 sənədlərinin və digər texniki sənədlərin təsdiq edilməsinin təmin edilməsi.
• Aylıq və gündəlik hesabatların hazırlanması.
Tələblər
- İnşaat mühəndisliyi (sanaye və mülki tikinti) ixtisası üzrə ali təhsil;
- İnşaat sahəsi 3 ildən yuxarı iş təcrübəsi;
- Proqram bilikləri: AutoCAD, MS Excel, MS Word;
- Xarici dillər: Rus dili və İngilis dili arzuolunandır;
- İşində dəqiq və məsuliyyətli olmalıdır;
- Təşəbbüskarlıq, dəqiqlik, operativlik, məsuliyyətlilik;
- Komandada işləmə bacarığı.
- Vakansiya ilə maraqlanan şəxslər CV-lərinizi Müraciət et düyməsində elektron poçt ünvanına mövzu hissəsində “İnşaat mühəndisi” qeyd etməklə göndərə bilərsiniz.