İnşaat Mühəndisi
Fortis Construction komandamıza tikinti layihələrinin yüksək keyfiyyət standartlarına uyğun və müəyyən edilmiş müddətlərdə icrasını təmin edəcək peşəkar İnşaat Mühəndisi dəvət edir.
Əsas vəzifə öhdəlikləri
• Tikinti-quraşdırma işlərinin layihə sənədlərinə, texniki şərtlərə və tikinti norma və qaydalarına uyğun icrasını təmin etmək;
• Tikinti prosesini planlaşdırmaq, iş qrafikinin icrasına nəzarət etmək və yaranan gecikmə risklərini operativ şəkildə aradan qaldırmaq;
• Layihə, çertyoj, smeta və texniki sənədləri təhlil etmək, icra zamanı yarana biləcək uyğunsuzluqları müəyyənləşdirmək;
• Podratçı, subpodratçı və sahə komandalarının fəaliyyətini koordinasiya etmək, görülən işlərin keyfiyyətinə nəzarət etmək;
• Görülmüş iş həcmlərini yoxlamaq, ölçülərin düzgünlüyünü təmin etmək və icra sənədlərinin hazırlanmasında iştirak etmək;
• Material tələbatını planlaşdırmaq, materialların qəbuluna, düzgün istifadəsinə və sərfiyyatına nəzarət etmək;
• Tikinti prosesində yaranan texniki problemləri təhlil etmək, optimal həll yolları hazırlamaq və icrasını təmin etmək;
• Texniki ofis, sifarişçi, texniki nəzarət və digər aidiyyəti şöbələrlə koordinasiyalı işləmək;
• Layihənin gedişatı üzrə gündəlik və aylıq hesabatlar hazırlamaq, rəhbərliyi operativ məlumatlandırmaq;
• Əməyin mühafizəsi, texniki təhlükəsizlik və keyfiyyət standartlarının tikinti sahəsində tətbiqinə nəzarət etmək;
• Layihənin təhvil-təslim mərhələsində iştirak etmək, icra sənədlərinin tamlığını və düzgünlüyünü təmin etmək.
Tələblər
- İnşaat Mühəndisliyi və ya müvafiq sahə üzrə ali təhsil;
- Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
- Tikinti norma və qaydaları, tikinti texnologiyaları və materialları üzrə biliklər;
- Layihə, smeta sənədləri və texniki çertyojlarla işləmək bacarığı;
- AutoCAD proqramında sərbəst işləmək bacarığı;
- MS Office proqramlarını, xüsusilə Excel-i yaxşı səviyyədə bilmək;
- Analitik düşünmə, problemlərin operativ həlli və qərarvermə bacarığı;
- Yüksək məsuliyyət, təşkilatçılıq, ünsiyyət və komanda ilə işləmək bacarığı;
- Rus və ingilis dillərini bilmək üstünlükdür.
- Üstünlük təşkil edir
- Revit, Civil 3D və ya Microsoft Project proqramları üzrə biliklər;
- Premium yaşayış və iri həcmli tikinti layihələrində iş təcrübəsi;
- Texniki ofis və sahə koordinasiyası sahəsində təcrübə.
- İş şəraiti
- Əməkhaqqı: Müsahibə əsasında razılaşdırılacaq.
- İş növü: Tam ştat
- Maraqlanan namizədlər CV-lərini mövzu hissəsinə İnşaat Mühəndisi yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər