İnsan resursları və əmək haqqı şöbəsi üzrə mütəxəssis
Tikinti şirkətinin İnsan resursları və əmək haqqı şöbəsinə mütəxəssis tələb olunur.
Əsas vəzifələr
• Əmək qanunvericiliyi, o cümlədən Azərbaycan Respublikasının Əmək Məcəlləsi üzrə biliklərə malik olmaq;
• İşçilərin işə qəbulu və işdən azad edilməsi proseslərinin qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirilməsi;
• Əmək qanunvericiliyinin tələblərinə əməl olunmasına nəzarət etmək;
• İşçilərin şəxsi işlərinin aparılması və müvafiq sənədlərin düzgün rəsmiləşdirilməsini təmin etmək;
• ƏMAS portalında əmək münasibətləri üzrə müvafiq əməliyyatların aparılması;
• Əmək müqavilələrinin bağlanması və əmək müqavilələrinə edilmiş dəyişikliklərin rəsmiləşdirilməsi;
• Məzuniyyət, ezamiyyət, əmək müqaviləsinə xitam və digər kadr əmrlərinin hazırlanması və rəsmiləşdirilməsi;
• Əmək haqqı, məzuniyyət haqqı, son haqq-hesab, ezamiyyə xərcləri və digər ödənişlərin hesablanması üzrə biliklərə malik olmaq;
• Əmək haqqı və digər ödənişlərə dair məlumatların 1C proqramına daxil edilməsi;
• İş vaxtının uçotunun aparılması və tabelərin hazırlanması;
• Bəyannamələrin və statistik hesabatların hazırlanması üçün zəruri məlumatların toplanması və təqdim edilməsi;
• İşçilərin əmək fəaliyyəti, məzuniyyətləri, iş vaxtı və digər kadr məlumatları üzrə uçotun aparılması;
• Kadr sənədlərinin qanunvericiliyin tələblərinə uyğun şəkildə hazırlanması, rəsmiləşdirilməsi və arxivləşdirilməsini təmin etmək;
• Rəhbərliyin tapşırıqlarına əsasən insan resursları üzrə digər işlərin həyata keçirilməsi.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.