İnsan Resusrsları üzrə mütəxəssis
Ərazi: Bakı
İş barədə məlumat:
• Əmək qanunvericiliyinə və daxili qaydalara uyğun olaraq işə qəbul, xitam və vəzifə dəyişikliyi proseslərinin həyata keçirilməsi;
• İşçilərin şəxsi işlərinin formalaşdırılması, qaydaya salınması
• İşdən çıxan əməkdaşlarn əmək kitabçalarının yazılması və təhvil verilməsi
• Əmək haqqı, məzuniyyət, ezamiyyət və digər HR əməliyyatları ilə bağlı məlumatların toplanmasında və hazırlanmasında dəstək göstərmək
• HR hesabatlarının (işçi sayı, məzuniyyət qalığı) hazırlanması
• Kadr informasiya bazasının hazırlanması və dəyişikliklərin qeydiyyatının aparılması;
• Məzuniyyət cədvəlinin nəzarətdə saxlanılması, işçilərin məzuniyyətlərini istifadə etmələrinin təmin edilməsi;
• Daxil olan CV-lərin təhlil edilməsi və uyğun namizədlərin seçilməsi
• Aylıq davamiyyətlərin idarə olunması, tabellərin toplanması və təqdim olunması;
• İnsan Resursları şöbəsinin gündəlik işlərinin icrasında nəzarət edilməsi
Əsas tələblər:
• Staj: 2-3 il
• Yaş: 24 dən yuxarı
• Ali təhsil (bakalavr)
• Azərbaycan dilində mükəmməl bilmək (rus və ingilis dili biliyi üstünlükdür).
• Azərbaycan Respublikası Əmək Qanunvericiliyini bilmək
• ƏMAS portalından istifadə etmə bacarığı
• Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
• Microsoft Office proqramlarını (WORD, EXCEL) yaxşı səviyyədə bilmək.
İş şərtləri:
• İş qrafiki: Həftənin 5 günü (Həftə içi 09:00-dan 18:00 dək)
• İstirahət günü: Şənbə, bazar.
• Əmək haqqı: 800 AZN
• Sınaq müddəti: 3 ay
Cv formasında şəkil olması mütləqdir.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “İnsan Resusrsları üzrə mütəxəssis” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərmələri xahiş olunur.