İqtisadiyyat şöbəsinə mütəxəssis
İqtisadiyyat şöbəsində çalışmaq üçün mütəxəssis vəzifəsinə namizəd axtarılır.
Əsas vəzifə öhdəlikləri
• Müəssisənin fəaliyyətinin iqtisadi göstəricilərinin proqnozlaşdırılması, illik, rüblük və aylıq iqtisadi planların hazırlanmasında kiştirak etmək;
• Gəlir və xərclər smetasının hazırlanmasında iştirak etmək;
• Struktur bölmələrdən daxil olan maliyyə-iqtisadi məlumatları toplamaq və ümumiləşdirmək;
• Faktiki göstəricilərin plan göstəriciləri ilə müqayisəsini və kənarlaşmaların təhlilini aparmaq;
• Xərc maddələri üzrə iqtisadi təhlillər və hesablamalar hazırlamaq;
• Maliyyə-iqtisadi göstəricilər üzrə aylıq, rüblük və illik hesabatların hazırlanmasında iştirak etmək;
• Statistik və analitik məlumatları toplamaq, şöbənin səlahiyyətlərinə aid iqtisadi-statistik hesabatların hazırlamaq;;
• Rəhbərliyə təqdim olunmaq üçün arayış, cədvəl və təqdimatların hazırlanmasında iştirak etmək;
• Şöbənin fəaliyyət istiqamətləri üzrə digər iqtisadi hesablamaları həyata keçirmək.
• Öz fəaliyyət sahəsi üzrə qanunvericiliyin, cəmiyyətin nizamnaməsinin, daxili qaydaların və rəhbərliyin əmrlərinin tələblərinə riayət etmək;
• Kommersiya və xidməti məlumatların məxfiliyini qorumaq.
Tələblər
- Ali təhsil – iqtisadiyyat və ya digər uyğun ixtisas;
- İqtisadi və maliyyə göstəricilərini təhlil etmək bacarığı;
- Microsoft Excel proqramını yaxşı səviyyədə bilmək;
- Excel-də formulalar, Pivot Table, məlumatların emalı və analizi üzrə praktiki bacarıqlar;
- Analitik düşünmə və rəqəmlərlə işləmə bacarığı;
- Hesabat və analitik sənədlərin hazırlanması bacarığı;
- Məsuliyyətlilik, dəqiqlik və komanda ilə işləmək bacarığı.
- Üstünlük veriləcək
- İqtisadiyyat, büdcə, maliyyə və ya analitika sahəsində iş təcrübəsi;
- Power BI və digər analitik alətlərlə işləmə bacarığı;
- Maliyyə modelləşdirilməsi və proqnozlaşdırma üzrə biliklər;
- İş şəraiti
- İş qrafiki: 5 günlük iş həftəsi;
- Əmək haqqı: müsabiqənin nəticələrindən asılı olaraq razılaşma əsasında;
- İş yeri: Bakı şəhəri.
- Maraqlanan namizədlər CV-lərini “İqtisadiyyat şöbəsinə mütəxəssis” mövzusu ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına təqdim edə bilərlər.