Vakansiyalar
RC

İT Şəbəkə Mütəxəssisi

Resant Consulting and Management

Tələb olunan bilik və bacarıqlar:

• Şəbəkələrin idarə olunması sahəsində minimum 3 il iş təcrübəsi;

• Şəbəkələrin performansının monitorinqi, təhlili və qiymətləndirilməsi;

• Şəbəkə avadanlıqlarının (Router, Switch, Firewall, Access Point və s.) quraşdırılması, sazlanması və konfiqurasiyası;

• Şəbəkə infrastrukturunun analiz edilməsi, problemlərin və səmərəsizliklərin müəyyən olunaraq aradan qaldırılması;

• VPN texnologiyaları ilə iş təcrübəsi;

• Firewall sistemləri (Palo Alto, Cisco, Fortinet) ilə iş təcrübəsi;

• TCP/IP, DNS, DHCP, VPN, VLAN, NAT və OSPF üzrə biliklər;

• Monitorinq sistemləri (Zabbix, Nagios, PRTG) ilə iş təcrübəsi;

• Simsiz şəbəkələrin idarə olunması (Cisco WLC, HP WLC);

• Aruba və UniFi Access Point (AP) sistemlərinin quraşdırılması, konfiqurasiyası və optimallaşdırılması;

• UniFi Controller və Aruba platformaları vasitəsilə şəbəkənin idarə olunması;

• Windows və Linux əməliyyat sistemləri ilə işləmə bacarığı;

• Active Directory (AD), DNS və DHCP xidmətlərinin quraşdırılması, idarə olunması və optimallaşdırılması;

• ESXi virtualizasiya platformasında serverlərin qurulması və idarə olunması;

• Təhlükəsizlik protokolları və müasir texnoloji həllər əsasında sistemlərin qorunması;

• NVR və DVR cihazlarının quraşdırılması, sazlanması və mövcud şəbəkə infrastrukturuna inteqrasiya edilməsi;

• IP kamera sistemlərinin şəbəkəyə qoşulması, konfiqurasiyası və yaranan problemlərin aradan qaldırılması.

• Əmək haqqı müsahibə əsasında təyin ediləcəkdir

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Geri