İT servis mütəxəssisi

Şirkət: “Yeni Texnologiyalar” MMC

İş yeri: Bakı şəhəri, 28 May ərazisi

İş qrafiki: B.e.–Cümə 09:00–18:00, Şənbə 09:00–16:00

Əməkhaqqı: 1000–1200 AZN + əlavə bonuslar

İş təcrübəsi: Minimum 2 il

Təhsil: Ali və ya orta ixtisas təhsili

İş barədə məlumat

“Yeni Texnologiyalar” MMC korporativ müştərilərə kompleks İT servis və texniki dəstək xidmətlərinin göstərilməsi üçün İT servis mütəxəssisi axtarır.

Mütəxəssis kompüter, şəbəkə, printer, ofis avadanlıqları, IP kamera və videomüşahidə sistemlərinin quraşdırılması, sazlanması, diaqnostikası və texniki xidmətini həyata keçirəcək.

Üstünlük veriləcək biliklər

Active Directory üzrə ilkin biliklər;

Girişə nəzarət və kart sistemləri ilə işləmək təcrübəsi;

Korporativ müştərilərə texniki xidmət göstərmək təcrübəsi;

Printer və kartriclər üzrə texniki biliklər;

İş şəraiti

Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə;

Korporativ müştərilər və müxtəlif İT avadanlıqları ilə işləmək imkanı;

Peşəkar inkişaf və praktiki biliklərin artırılması imkanı;

İş üçün zəruri alət və texniki vasitələrlə təminat.

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “İT servis mütəxəssisi” qeyd etməklə hr@newtech.az elektron poçt ünvanına və ya +994 50 408 77 87 nömrəsinin WhatsApp tətbiqinə göndərə bilərlər.