Vakansiyalar
AM

Kamera müşahidəsi üzrə daxili nəzarət işçisi

Azərbaycan Mikro Kredit BOKT

“Azərbaycan Mikro-Kredit BOKT” ASC Kamera müşahidəsi üzrə daxili nəzarət işçisi vəzifəsinə işçi axtarışı elan edir.

İş şəraiti

• İşəgötürən: “Azərbaycan Mikro-Kredit BOKT” ASC

• Bölgə: Bakı şəhəri.

• İş günləri Bazar ertəsi – Şənbə

Tələblər

  • Ali və ya orta ixtisas təhsili;
  • Daxili nəzarət, monitorinq, kredit, təhlükəsizlik və ya oxşar sahələrdə iş təcrübəsi arzuolunandır;
  • Kamera müşahidə sistemləri ilə işləmək bacarığı üstünlükdür;
  • Təşkilatın daxili qaydaları ilə işləmək bacarığı;
  • MS Office proqramlarında, xüsusilə Excel və Word-də işləmək bacarığı;
  • Diqqətlilik, ehtiyatlılıq və yüksək dəqiqlik;
  • Analitik düşüncə və müşahidə qabiliyyəti;
  • Məsuliyyətlilik və operativ qərarvermə bacarığı;
  • Məxfi məlumatların qorunması və xidməti informasiyanın konfidensiallığına riayət etmək bacarığı;
  • Stressə davamlılıq və komandada işləmək bacarığı.
  • İşin təsviri:
  • Təşkilatın filial və struktur bölmələrində həyata keçirilən kredit və digər əməliyyatlara kamera müşahidəsi vasitəsilə gündəlik nəzarət etmək;
  • Kamera görüntüləri və təqdim edilmiş məlumatlar əsasında riskləri, prosedur pozuntularını, şübhəli və uyğunsuz halları müəyyən etmək;
  • Aşkar edilmiş pozuntu və uyğunsuzluqları sənədləşdirmək, aidiyyəti rəhbərliyə məlumat vermək və nəticələr barədə hesabatlar hazırlamaq;
  • Rəhbərliyin sorğusu əsasında kamera görüntülərinə baxış keçirmək, müəyyən edilmiş hallar üzrə araşdırma aparmaq və nəticələri təqdim etmək;
  • Təşkilatın daxili təlimat və qaydalarına uyğunsuzluq və riskli hallar aşkar edildikdə rəhbərliyin diqqətinə çatdırmaq;
  • Müəyyən edilmiş dövriliklə rəhbərliyə görülmüş işlər və aşkar edilmiş hallar barədə hesabatlar təqdim etmək;
  • Biz nə təklif edirik?
  • Əmək müqaviləsinin rəsmiləşdirilməsi;
  • Minimum əməkhaqqı təminatı və nəticəyə əsaslanan əlavə mükafatlandırma;
  • Peşəkar inkişaf və iş təcrübəsinin artırılması imkanı;
  • Korporativ və peşəkar mühitdə çalışma;
  • Şirkətin daxili nəzarət və monitorinq sisteminin inkişafında iştirak imkanı
  • Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına Subject/Mövzu hissəsində bölgəyə uyğun olaraq “Kamera müşahidəsi üzrə daxili nəzarət işçisi” qeyd etməklə göndərə bilər.
Geri
AM
Kamera müşahidəsi üzrə daxili nəzarət işçisi
Azərbaycan Mikro Kredit BOKT
Müraciət et
Elan tarixi: 23 avqust 2026
Son müraciət: 23 sentyabr 2026
Mənbə ID 149169
Baxış 1

Detail.Share