Vakansiyalar
TS

Kateqoriya müdiri (Qeyri-qida və təmizlik məhsulları üzrə)

Tam Store

Əsas vəzifə öhdəlikləri:

• Yaradılan kateqoriya strategiyasına uyğun olaraq müştəri yönümlü yanaşma ilə alt kateqoriya strategiyalarının yaradılması, trendlərə və müştəri gözləntilərinə uyğun məhsul çeşidinə qərar vermək;

• Müqavilə, sifariş, sorğu rabitəsi və həcmi, çatdırılma müddəti əsas təchizatçılarla illik, aylıq, gündəlik işgüzar əlaqələri idarə etmək və kateqoriya menecerinə hesabat vermək;

• Məsuliyyət verilən alt kateqoriyalar üçün yeni təchizatçıların, məhsulların və rəqib tendensiyalarının təhlili, müntəzəm olaraq bazar araşdırması aparmaq və kateqoriya menecerinə hesabat vermək;

• Satış performansının təhlilini nəzərdən keçirmək üçün kateqoriya əməliyyatları üzrə aylıq hesabatlar hazırlayıb və lazımi tədbirləri görmək üçün araşdırmalar hazırlayaraq, kateqoriya menecerinə təqdim etmək;

• Kateqoriya ilə mağazalar arasında əlaqəni təmin etmək, ehtiyaclara uyğun olaraq kateqoriya menecerinə məlumat vermək;

• Kateqoriya hədəflərinə nail olmaq üçün satış, maliyyə, marketinq və logistika ilə əməkdaşlıq edib, işləmək və kateqoriya menecerinin lazımi tədbirlərin görülməsi üçün ilkin hazırlıqları görmək;

• Şirkətin gəlirlilik hədəfinə çatması üçün müvafiq alt kateqoriyalar üzrə illik gəlirlilik hədəfinə uyğun fəaliyyətlər göstərmək, kateqoriya rəhbərinin təsdiqindən sonra tədbirləri hazırlamaq və həyata keçirmək;

• Şirkətin satış hədəfinə çatması üçün müvafiq kateqoriyalar üzrə təchizatçılarla illik alış və satış hədəflərini yerinə yetirmək və planlaşdırılması üzərində işləmək.

Tələb olunan bilik və bacarıqlar:

• Microsoft Office proqramlarında işləmək bacarığı;

•  LOGO (Tiger) proqramı ilə işləmək bacarığı;

• Analitik düşüncə və rəqəmlərlə işləmək bacarığı;

• Kommunikasiya və danışıqlar aparmaq bacarığı.

Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:

• Ali təhsil(Müvafiq sahə üzrə);

• Təcrübə 2-3 il.

İş şərtlərimiz:

• İş qrafiki: Tam iş günü (5 gün);

• İş saatları: 09:00-18:00;

• İş yeri: Bakı, Aşıq Molla Cümə küç. 46 D

Biz nə təklif edirik:

• Əmək bazarında rəqabətli əməkhaqqı;

• Peşəkar komanda mühiti;

• Şirkət hesabına korporativ nömrə.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə  “Kateqoriya müdiri (Qeyri-qida və təmizlik məhsulları üzrə)” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Geri
TS
Kateqoriya müdiri (Qeyri-qida və təmizlik məhsulları üzrə)
Tam Store
Müraciət et
Elan tarixi: 18 avqust 2026
Son müraciət: 18 sentyabr 2026
Sirk?t Tam Store
Mənbə ID 148807
Baxış 2

Detail.Share