Keyfiyyət təminatı üzrə Kiçik mütəxəssis
Meqa Həyat Sığorta” ASC Proqramlaşdırma şöbəsinə yeni komanda üzvlərini dəvət edir.
Əsas vəzifə öhdəlikləri:
• Veb və mobil tətbiqlərin funksional testlərinin həyata keçirilməsi;
• Tələblərin təhlilində və test ssenarilərinin hazırlanmasında iştirak;
• Test case, checklist və digər test sənədlərinin hazırlanması;
• Aşkarlanmış xətaların ətraflı şəkildə qeydiyyata alınması və izlənilməsi;
• API və verilənlər bazası səviyyəsində ilkin yoxlamaların aparılması;
• Regression, smoke, integration və user acceptance testlərinin icrasında iştirak;
• Developer, Business Analyst, Product Owner və digər komanda üzvləri ilə əməkdaşlıq;
• Məhsulun keyfiyyətinin yüksəldilməsi prosesində aktiv iştirak.
Namizədlərə olan tələblər:
• Manual Testing üzrə əsas nəzəri biliklər;
• SDLC və STLC prosesləri haqqında anlayış;
• Test case və bug report hazırlanması barədə ilkin biliklər;
• Veb və mobil tətbiqlərin test edilməsinə maraq;
• API və SQL üzrə baza biliklərinin olması üstünlükdür;
• Jira, Confluence və ya oxşar alətlər haqqında anlayış;
• Analitik düşünmə və detallara diqqət;
• Öyrənməyə və peşəkar inkişafa yüksək motivasiya;
• Komandada işləmək və fikirlərini aydın ifadə etmək bacarığı;
• Məsuliyyətli və nəticəyönümlü yanaşma.
Əmək şəraitinin şərtləri:
• Əmək haqqı – namizədin bilik, təcrübə və peşəkar səriştəsinə uyğun olaraq müəyyən edilir.
• İş qrafiki – həftənin 5 iş günü, saat 09:00–18:00.
• Könüllü tibbi sığorta.
• Korporativ Həyat Sığortası.
Maraqlanan namizədlərdən cv-lərini e-poçtun mövzu hissəsində " Kiçik mütəxəssis – Keyfiyyət təminatı üzrə" qeyd etməklə, Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Yalnız vakansiyanın tələblərinə uyğun gələn namizədlərlə əlaqə saxlanılacaq və növbəti seçim mərhələsinə dəvət olunacaqlar.