Vakansiyalar
PC

Keyfiyyət təminatı və keyfiyyətə nəzarət üzrə aparıcı mütəxəssis (Mingəçevir)

Prime Cotton

Təsvir

• Cəmiyyət üzrə Keyfiyyət Təminatı və Keyfiyyətə Nəzarət sisteminin, habelə inteqrə olunmuş idarəetmə sisteminin effektiv fəaliyyəti üzrə prosesləri icra etmək.

• Keyfiyyət siyasəti, prosedurları, təlimatları və digər sənədləşdirilmiş məlumatların hazırlanmasını, yenilənməsini və tətbiqini həyata keçirmək.

• Baş ofis, filiallar, istehsalat sahələri və laboratoriyalarda keyfiyyət tələblərinə riayət olunmasına nəzarət etmək və bir başa rəhbərə hesabat təqdim etmək

• Xammal, istehsal prosesi və hazır məhsullar üzrə keyfiyyətə nəzarət proseslərini təşkil etmək və uyğunsuzluqların aradan qaldırılmaq

• Daxili və xarici auditlərin, sertifikatlaşdırma proseslərinin və rəhbərliyin təhlili fəaliyyətlərinin aparılmaq

• ISO 9001, ISO 14001, ISO 45001, ISO/IEC 17025 və digər tətbiq olunan standartların tələblərinin icrasını təmin etmək.

• Müştəri şikayətləri, uyğunsuzluqlar, düzəldici və qabaqlayıcı tədbirlərin (CAPA) idarə olunmasını təmin etmək.

• Təchizatçıların keyfiyyət baxımından qiymətləndirilməsində iştirak etmək və təsdiqli tədarükçülərin idarəedilməsi fəaliyyətinin həyata keçirmək.

• Cəmiyyətdə qəbul olunmuş daxili qaydalara, prosedurlara və normativ sənədlərin tələblərinə riayət etmək.

Tələblər

  • Müvafiq sahə üzrə bakalavr təhsili (magistr təhsili üstünlükdür);
  • Keyfiyyət təminatı, keyfiyyətə nəzarət və ya inteqrə olunmuş idarəetmə sistemləri sahəsində minimum 3-5 il iş təcrübəsi;
  • ISO 9001:2015, ISO 14001:2015, ISO 45001:2018, ISO/IEC 17025 və standartları üzrə məlumatlılıq, Daxili Auditor sertifikatının olması üstünlükdür;
  • GOTS, OCS, OEKO-TEX, Better Cotton, SEDEX və Higg Index standartları üzrə bilik arzuolunandır;
  • Azərbaycan dilini mükəmməl, ingilis dilini yaxşı səviyyədə bilmək, rus dili biliyi üstünlükdür;
  • Keyfiyyət İdarəetmə Sistemləri (QMS), İnteqrə olunmuş İdarəetmə Sistemləri (IMS), ISO standartları, auditlərin idarə olunması, proseslərin modelləşdirilməsi (BPMN), risk əsaslı yanaşma,
  • Liderlik, strateji və analitik düşüncə, qərarvermə, koordinasiya, komandada işləmək bacarığı, problem həll etmə, effektiv ünsiyyət və təqdimat bacarıqları.
  • Vakansiya növü - Tam ştat
  • Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Geri
PC
Keyfiyyət təminatı və keyfiyyətə nəzarət üzrə aparıcı mütəxəssis (Mingəçevir)
Prime Cotton
Müraciət et
Elan tarixi: 24 avqust 2026
Son müraciət: 24 sentyabr 2026
Sirk?t Prime Cotton
Mənbə ID 149182
Baxış 1

Detail.Share