Vakansiyalar
A(

Kiçik Geotexnik Mühəndisi (Ağdərə)

AIMC (Azerbaijan International Mining Company)

Vəzifə öhdəlikləri

  • Yamacların dayanıqlığını izləmək və potensial geotexniki riskləri müəyyən etmək məqsədilə gündəlik mədən inspeksiyalarını həyata keçirmək;
  • Süxurların fiziki-mexaniki xüsusiyyətlərini və yeraltı suların geotexniki parametrlərini qiymətləndirmək;
  • Qazma kernlərinin geotexniki və struktur loglaşdırılmasını (logging) aparmaq;
  • Laboratoriya və sahə sınaqları üçün süxur nümunələrinin götürülməsində iştirak etmək;
  • Geoloji və struktur xüsusiyyətlərin müəyyən edilməsi məqsədilə geotexniki xəritələndirmə işlərini həyata keçirmək;
  • Süxurun möhkəmlik parametrlərinin qiymətləndirilməsi üçün tələb olunan sahə və laboratoriya sınaqlarında iştirak etmək;
  • Sahə və laboratoriya məlumatları əsasında texniki hesabatların, qrafiklərin və digər geotexniki sənədlərin hazırlanmasına dəstək göstərmək;
  • Əməyin mühafizəsi, təhlükəsizlik və ətraf mühit üzrə şirkət prosedurlarına riayət etmək.

Tələblər

  • Hidrogeologiya, Mühəndis Geologiyası, Geologiya, Dağ-Mədən Mühəndisliyi və ya digər əlaqəli ixtisas üzrə bakalavr təhsili;
  • Süxur kütləsinin təsnifatı (Rock Mass Classification) üzrə əsas biliklər;
  • Geotexniki prinsiplər və geoloji məlumatların təhlili üzrə baza bilikləri;
  • Microsoft Office proqramlarında işləmək bacarığı;
  • Analitik düşünmə və problem həll etmə bacarığı;
  • Komandada işləmək və sahə şəraitində fəaliyyət göstərmək bacarığı;
  • Geotexniki, geoloji və ya əlaqəli sahədə iş təcrübəsi arzuolunandır
  • İngilis dili biliyi üstünlük hesab olunur.
  • Məcburi köçkün namizədlərə üstünlük veriləcəkdir
  • İş şəraiti və şərtləri
  • İş yeri: Ağdərə, Azərbaycan;
  • İş qrafiki: Növbəli iş rejimi;
  • Yaşayış yeri: Şirkət tərəfindən təmin edilir.
  • Qeyd olunan tələblərə uyğun olan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olub  www.aimc.az rəsmi internet saytı üzərindən Karyera bölməsinə daxil olaraq müvafiq vakansiyaya müraciət edə bilərlər.
Geri
A(
Kiçik Geotexnik Mühəndisi (Ağdərə)
AIMC (Azerbaijan International Mining Company)
Müraciət et
Elan tarixi: 31 iyul 2026
Son müraciət: 31 avqust 2026
Mənbə ID 147321
Baxış 2

Detail.Share