ME
Kiçik Mühəndis-Konstruktor
METAK
İşin təsviri
• Yeni məhsul və konstruksiyaların layihələndirilməsi prosesində iştirak etmək;
• Texniki çertyojların və konstruksiya sənədlərinin hazırlanmasına dəstək vermək;
• SolidWorks proqramında 2D və 3D modellərin hazırlanması və yenilənməsi;
• İstehsalat şöbəsi ilə koordinasiyalı işləyərək texniki həllərin tətbiqinə dəstək göstərmək;
• Texniki sənədlərin, spesifikasiyaların və digər layihə sənədlərinin hazırlanması;
• Mövcud məhsulların təkmilləşdirilməsi və texniki dəyişikliklərin həyata keçirilməsində iştirak etmək;
• Şöbə rəhbərinin verdiyi digər texniki tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək.
Tələblər
- Maşınqayırma, Mexanika, Sənaye mühəndisliyi və ya əlaqəli sahə üzrə ali təhsil;
- SolidWorks proqramında işləmək bacarığı;
- Texniki çertyojların oxunması və hazırlanması üzrə biliklər;
- Microsoft Office proqramlarında (Word, Excel, PowerPoint) işləmək bacarığı;
- Azərbaycan dilini səlis bilmək, ingilis və ya rus dilini bilmək üstünlükdür;
- Analitik düşüncə, məsuliyyətlilik və diqqətlilik;
- Komandada işləmək və vaxtın effektiv idarə olunması bacarığı.
Niyə biz?
- 5 günlük iş həftəsi;
- Karyera və peşəkar inkişaf üçün əla imkanlar;
- Rəqabətli əmək haqqı və illik bonus;
- Əmək haqqı razılıq əsasında təyin olunur;
- Sertifikasiya imtahanları və təlimlərin şirkət tərəfindən qarşılanması;
- Könüllü tibbi sığorta, həyat yığım sığortası, idman təminatı;
- Nahar şirkət tərəfindən verilir;
- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma.
- Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.