HS
Kompüter Elmləri və Rəqəmsal Savadlılıq müəllimi
Hədəf STEAM Liseyi
Hədəf International Cambridge School Kompüter Elmləri və Rəqəmsal Savadlılıq müəllimi axtarır!
Əsas vəzifələr:
• Cambridge Primary, Lower Secondary Digital Literacy və IGCSE Computer Science (0478) proqramlarının tədrisi;
• Şagirdlərdə alqoritmik və məntiqi düşünmə, problem həll etmə və proqramlaşdırma bacarıqlarının inkişaf etdirilməsi;
• Python və digər proqramlaşdırma dillərinin tədrisi;
• Süni intellekt (AI), AI etikası və rəqəmsal təhlükəsizlik mövzularının öyrədilməsi;
• Şagirdlərin proqramlaşdırma, robototexnika və verilənlər bazası üzrə layihələrinə rəhbərlik;
• Tədrisdə müasir texnologiya və AI alətlərinin tətbiqinə dəstək.
Tələblər
- Kompüter Elmləri, İnformasiya Texnologiyaları və ya Kompüter Mühəndisliyi üzrə bakalavr/magistr təhsili;
- Müvafiq müəllimlik sertifikatı;
- Python üzrə yüksək səviyyədə bilik; HTML/CSS, Java və ya SQL bilikləri üstünlükdür;
- İngilis dili – minimum IELTS 7.0;
- AI alətləri və AI etikası üzrə praktiki bilik;
- Cambridge IGCSE Computer Science (0478) üzrə təcrübə üstünlükdür.
- Ünvan - https://maps.app.goo.gl/Rfwr3JDgwEpBK1oH9
- Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.