Vakansiyalar
FA

Korporativ işlər üzrə Hüquqşünas

Finca Azerbaijan

“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı Baş ofis üçün Korporativ işlər üzrə Hüquqşünas vəzifəsinə işçi axtarışı elan edir.

Vəzifənin əsas öhdəlikləri hansılardır?

• Müqavilələrə və digər hüquqi sənədlərə hüquqi baxışın keçirilməsi.

• Standart müqavilə formalarının hazırlanmasını, standart vı qeyri-standart müqavilə formalarının hüquqi ekspertizasını icra etmək;

• Şirkət rəhbərliyinə, struktur bölmələrə, o cümlədən filiallara hüquqi yardım etmək, onlardan daxil olmuş sorğulara rəy və izahatlar verilməsinə dəstək göstərmək;

• Təşkilat daxilində qanunvericiliyin və korporativ aktların göstərişlərinə düzgün tətbiq edilməsinə nəzarətdə iştirak etmək;

• Azərbaycan qanunlarında və qaydalarında, xüsusən də maliyyə və korporativ sektorlara təsir edən dəyişikliklər, düzəlişlər və yeni inkişaflardan xəbərdar olmaq.

• Qanunvericilik dəyişikliklərinin şirkətin əməliyyatlarına necə təsir etdiyini təhlil etmək və uyğunluğu təmin etmək üçün vaxtında tövsiyələr vermək.

• Müvafiq hüquqi yenilikləri daxili maraqlı tərəflərə fəal şəkildə çatdırmaq və şirkətin siyasət və prosedurlarının cari qanuni tələbləri əks etdirməsini təmin etmək.

• Maliyyə məhsullarına hüquqi baxışın keçirilməsi.

• Dövlət orqanları və təşkilatlarla yazışmalar aparmaq;

• Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması işinə nəzarətin edilməsi;

• Korporativ hüquqi layihələrin hazırlanmasında iştirak edir;

• Korporativ hüquq fəaliyyəti ilə bağlı olan təlimat, qayda və iş prosedurların layihəsini və bu normativ sənədlərin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlayır, aidiyyəti struktur bölmələrlə razılaşdırır;

• Təlimat, Qayda və Prosedurların ekspertizasını həyata keçirir və rəy verir;

• Nizamnamə və idarəetmə orqanlarının əsasnamələrinin, bu sənədlərə əlavə və dəyişikliklərin hazırlanmasını həyata kecirir, onların müvafiq dövlət orqanlarında qeydiyyata alınmasını təmin edir;

• Bütün əqdlərin, o cümlədən beynəlxalq müqavilələrin və sazişlərin hüquqi ekspertizasını həyata keçirərək rəy verir;

• Keçirilmiş yoxlamaların nəticələrinə dair materiallara baxır, qanunvericiliyin pozulmasına səbəb olan və ola biləcək halların aradan qaldırılması haqqında təkliflər verir.

Namizəddən gözləntilərimiz:

• Hüquq üzrə bakalavr dərəcəsi (Magistr dərəcəsi LLM, MBA üstünlükdür)

• Bank sahəsində iş təcrübəsi üstünlükdür;

• İş təcrübəsi : minimum 1-3 ilədək (müqavilə, beynəlxalq müqavilə tərtibi və ya ekspertizası üzrə)

• Hüquq sahəsində geniş təcrübə: mülki,əmək və bank qanunvericiliyi üzrə geniş biliklər

• Dil bilikləri: Azərbaycan dili sərbəst, ingilis dili yaxşı səviyyədə, rus dili üstünlükdür

• Kompüter bilikləri: Microsoft Office əla səviyyədə (xüsusilə Word, Excel, Power Point)

Bacarıqlar:

• Analitik bacarıqlar

• Ünsiyyət

• Təfərrüata diqqət

• Problemin həlli

• Layihə İdarəetmə

Vakansiya növü - Tam ştat

İmtiyazlar

• Tibbi Sığorta (işçini əhatə edən)

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Geri
FA
Korporativ işlər üzrə Hüquqşünas
Finca Azerbaijan
Müraciət et
Elan tarixi: 04 avqust 2026
Son müraciət: 04 sentyabr 2026
Mənbə ID 147589
Baxış 4

Detail.Share