Vakansiyalar
AC

Kuryer

Avromed Company MMC

İş barədə məlumat:

• Optikadan sifarişləri təhvil almaq və tələblərə uyğun hazırlanması üçün emalatxanaya çatdırılmasını, daha sonra hazır məhsulun optikaya yönləndirilməsini təmin etmək

• Sifarişləri göstərilən ünvana vaxtında və düzgün şəkildə çatdırmaq

• Çatdırılma zamanı məhsulun zədələnməməsinə nəzarət etmək

• Günlük çatdırılma hesabatlarının hazırlamaq  və rəhbərliyə təqdim etmək

• Marşrutların optimallaşdırılması və vaxtın effektiv idarə olunması

• Şirkət qaydalarına və yol hərəkəti qaydalarına riayət etmək

Tələblər

  • Müvafiq istiqamətdə iş təcrübəsi
  • Sürücülük vəsiqəsi - A kateqoriya
  • Şəhəri yaxşı tanımaq və naviqasiya tətbiqlərindən istifadə bacarığı
  • Məsuliyyətli, punktual və diqqətli olmaq
  • Müştəriyönümlü yanaşma və ünsiyyət bacarıqları
  • Əlavə məlumatlar:
  • İş qrafiki: 5 günlük iş həftəsi, 10:00 -19:00
  • Əmək haqqı: 500-800 Azn
  • Maraqlananlar CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.
  • Elektron məktubun mövzu (subject, тема) hissəsində “kuryer” yazmaq tələb olunur. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Geri