AG
Layihə meneceri
Aral Group Baku
İş şəraiti
• İş yeri: Bakı şəhəri
• İş rejimi: Tam ştat
• İş qrafiki: Bazar ertəsi – Cümə, 09:00–18:00
Vəzifə öhdəlikləri
- Marketinq layihələrinin başlanğıcdan yekunadək tam koordinasiyası;
- Foto və video çəkilişlərin, tədbirlərin, reklam materiallarının istehsalının və digər marketinq fəaliyyətlərinin təşkili;
- Layihələr üzrə iş planlarının və icra qrafiklərinin hazırlanması, son tarixlərə nəzarət;
- Podratçılar və şirkətin daxili komandası üçün texniki tapşırıqların və briflərin hazırlanması;
- Layihədə iştirak edən daxili və xarici tərəflər arasında effektiv kommunikasiyanın təmin edilməsi;
- İnfluenserlər, foto və video prodakşn şirkətləri, mətbəələr, dizaynerlər, digital agentliklər və tədbir təşkilatçıları daxil olmaqla yeni podratçıların araşdırılması və seçilməsi;
- Podratçılarla ilkin danışıqların aparılması və kommersiya təkliflərinin toplanması;
- Təkliflərin qiymət, keyfiyyət və icra müddəti üzrə müqayisə edilməsi;
- Podratçı bazasının yaradılması, sistemləşdirilməsi və mütəmadi yenilənməsi;
- Görülən işlərin keyfiyyətinə və təsdiq edilmiş texniki tapşırığa uyğunluğuna nəzarət;
- Müqavilələrin, hesab-fakturaların, təhvil-təslim aktlarının və digər sənədlərin aidiyyəti şöbələrlə koordinasiyası;
- Layihələrin statusu, büdcəsi və nəticələri üzrə mütəmadi hesabatların hazırlanması;
- Yarana biləcək risklərin və gecikmələrin əvvəlcədən müəyyən edilməsi, operativ həllərin təklif olunması.
Tələblər
- Ali təhsil;
- Marketinq, reklam, layihələrin idarə edilməsi və ya əlaqəli sahədə minimum 1 il iş təcrübəsi;
- Eyni zamanda bir neçə layihəni idarə etmək və prioritetləri düzgün müəyyənləşdirmək bacarığı;
- Güclü təşkilatçılıq, planlaşdırma və problem həll etmə bacarığı;
- Podratçılarla danışıqlar aparmaq və iş prosesinə nəzarət etmək təcrübəsi;
- Detallara diqqət və nəticəyönümlü yanaşma;
- Yüksək kommunikasiya və komanda ilə işləmək bacarığı;
- Microsoft Office proqramlarından sərbəst istifadə bacarığı.
- CV-lərinizi mövzu hissəsində “Layihə Meneceri” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.