Vakansiyalar
AA

Loyallıq İdarəsi / Biznes analitika üzrə aparıcı mütəxəssis

Azerbaijan Airlines

Təsvir

• Biznes və sistem tələblərini maraqlı tərəflərlə əməkdaşlıq edərək toplamaq, təhlil etmək və sənədləşdirmək;

• Biznes proseslərini analiz etmək, optimallaşdırma imkanlarını müəyyənləşdirmək və BPMN, UML kimi metodologiyalar vasitəsilə modelləşdirmək;

• Biznes ehtiyaclarını funksional və qeyri-funksional texniki tələblərə çevirmək, inkişaf komandası ilə sıx əməkdaşlıq etmək;

• Agile (Scrum/Kanban) metodologiyası çərçivəsində backlog grooming, sprint planlaşdırılması və digər Agile mərasimlərində iştirak etmək;

• İstifadəçi hekayələri (User Stories), BRD, SRS, funksional spesifikasiyalar və proses axınlarını hazırlamaq və aktuallığını təmin etmək;

• Biznes və texniki komandalar arasında effektiv kommunikasiya quraraq tələblərin düzgün icrasını təmin etmək;

• Yeni funksionallıq və sistem dəyişikliklərinin mövcud proseslərə və inteqrasiyalara təsirini qiymətləndirmək;

• Qəbul meyarlarının hazırlanması, test ssenarilərinin nəzərdən keçirilməsi və biznes tələblərinin doğruluğunun yoxlanılmasına dəstək göstərmək.

Tələblər

  • İnformasiya Texnologiyaları, Biznesin İdarə Edilməsi və ya əlaqəli sahələr üzrə ali təhsil;
  • İT biznes analitikası və ya əlaqəli sahədə minimum 3 il, üstünlük olaraq 4–5 il iş təcrübəsi;
  • SDLC və Agile metodologiyaları (Scrum, Kanban) üzrə bilik və praktiki təcrübə;
  • BPMN, UML və digər proses modelləşdirmə alətləri ilə işləmək bacarığı;
  • Güclü analitik düşüncə və mürəkkəb biznes problemlərini strukturlaşdırılmış tələblərə çevirmək bacarığı;
  • BRD, SRS, User Stories, proses axınları və digər texniki sənədlərin hazırlanması təcrübəsi;
  • Jira, Confluence, Draw.io, Visio və oxşar alətlərlə işləmə bacarığı;
  • API-lər, inteqrasiyalar və verilənlər bazaları haqqında əsas biliklər, SQL biliyi üstünlükdür;
  • Python, PL/SQL, Swagger və Postman üzrə biliklər üstünlük hesab olunur;
  • Azərbaycan dilini sərbəst, ingilis və rus dillərini yüksək səviyyədə bilmək;
  • MS Office proqramları (Word, Excel, PowerPoint, Outlook) ilə sərbəst işləmək bacarığı;
  • Güclü ünsiyyət, problem həll etmə, təqdimat, qərarvermə, komanda ilə işləmək və dəyişikliklərə uyğunlaşma bacarığı.
  • Vakansiya növü - Tam ştat
  • Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Geri
AA
Loyallıq İdarəsi / Biznes analitika üzrə aparıcı mütəxəssis
Azerbaijan Airlines
Müraciət et
Elan tarixi: 07 avqust 2026
Son müraciət: 07 sentyabr 2026
Mənbə ID 147933
Baxış 1

Detail.Share