Vakansiyalar
SF

Maliyyə direktoru

Sədərək Firması

Vəzifə öhdəlikləri

  • Şirkətin maliyyə fəaliyyətinin ümumi idarə edilməsini və maliyyə strategiyasının hazırlanmasını təmin etmək;
  • Şirkətin gəlir və xərclərinə, pul vəsaitlərinin hərəkətinə və maliyyə göstəricilərinə nəzarət etmək;
  • Şirkətin maliyyə göstəricilərini mütəmadi təhlil etmək, gəlir, xərc, mənfəət və pul vəsaitlərinin hərəkəti üzrə hesabatların hazırlanmasına nəzarət etmək;
  • Büdcənin hazırlanması, icrasına nəzarət və maliyyə planlaşdırmasını həyata keçirmək;
  • Maliyyə hesabatlarını təhlil etmək, rəhbərliyə müvafiq təklif və hesabatlar təqdim etmək;
  • Xərclərin optimallaşdırılması və maliyyə resurslarından səmərəli istifadəni təmin etmək;
  • Vergi, mühasibatlıq və digər maliyyə proseslərinin qanunvericiliyə uyğun aparılmasına nəzarət etmək;
  • Maliyyə risklərini müəyyən etmək və onların minimuma endirilməsi istiqamətində tədbirlər görmək;
  • Maliyyə və mühasibatlıq şöbəsinin fəaliyyətini idarə etmək və iş bölgüsünə nəzarət etmək;
  • Rəhbərlik tərəfindən verilən tapşırıqları yerinə yetirmək.

Tələblər

  • Cinsi: kişi
  • Yaş: 30-45
  • Maliyyə, mühasibatlıq, iqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil;
  • Maliyyə rəhbəri və ya maliyyə meneceri vəzifəsində iş təcrübəsi;
  • Maliyyə planlaşdırması, büdcələşdirmə və maliyyə təhlili üzrə biliklər;
  • Logo Unity, MS Office, xüsusilə Excel proqramında işləmək bacarığı;
  • Analitik düşünmə, qərarvermə və idarəetmə bacarığı;
  • Məsuliyyətli, diqqətli və nəticəyönümlü olmaq.
  • İş şəraiti
  • Nahar şirkət tərəfindən təmin olunur.
  • Əmək haqqı: 2000-2500 Azn;
  • İş qrafiki: 5 günlük iş həftəsi.
  • Ünvan: Qaradağ rayonu, Lökbatan ŞTQ, Xocasən yolu, Sədərək TM çıxışı
  • Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Maliyyə direktoru” adını mövzu hissəsində qeyd etməklə CV formalarını Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Geri