Vakansiyalar
CO

Maliyyə meneceri

Company

Vəzifə öhdəlikləri

  • Pul vəsaitlərinin idarə edilməsi
  • Gündəlik və həftəlik cash-flow vəziyyətinə nəzarət etmək; ödəniş planını hazırlamaq; debitor və kreditor borclarının vəziyyətini izləmək; likvidlik risklərini CFO-ya təqdim etmək.
  • Xərclərə nəzarət
  • Xərclərin təsdiq edilmiş büdcəyə uyğunluğunu yoxlamaq; büdcədənkənar xərcləri müəyyən etmək; qənaət və optimallaşdırma imkanlarını aşkar etmək.
  • Debitor/kreditor nəzarəti
  • AR/AP aging hesabatlarına nəzarət etmək; gecikmiş debitor borclarının yığılması prosesini izləmək; kritik borcları rəhbərliyə eskalasiya etmək.
  • Mühasibatlıqla koordinasiya
  • Aylıq və illik bağlanış prosesinin vaxtında tamamlanmasına nəzarət etmək; idarəetmə hesabatları ilə mühasibat məlumatlarının uyğunluğunu təmin etmək; zəruri düzəlişləri mühasibatlıqla koordinasiya etmək.
  • Daxili maliyyə nəzarəti
  • Maliyyə prosedurlarının tətbiqinə nəzarət etmək; ödəniş, satınalma, xərc və digər maliyyə proseslərində nəzarət mexanizmlərini gücləndirmək; uyğunsuzluqları CFO-ya bildirmək.
  • Audit və vergi proseslərinə dəstək
  • Xarici/daxili audit üçün maliyyə məlumatlarının hazırlanmasını koordinasiya etmək; auditorların sorğularının cavablandırılmasına dəstək vermək; vergi və digər maliyyə risklərini aidiyyəti şəxslərlə birlikdə izləmək.
  • Biznes qərarlarına maliyyə dəstəyi
  • Yeni layihə və investisiyaların maliyyə modelini hazırlamaq; ROI, payback, NPV və ssenari analizləri aparmaq; kommersiya qərarlarının maliyyə təsirini hesablamaq.
  • Komandanın idarə edilməsi
  • Tabeliyində olan maliyyə əməkdaşlarının işini bölüşdürmək; KPI-ları izləmək; iş keyfiyyətinə və deadline-lara nəzarət etmək; əməkdaşların inkişafını təmin etmək.
  • CFO-ya dəstək
  • CFO-nun tələb etdiyi maliyyə analizlərini hazırlamaq; rəhbərlik görüşləri üçün materiallar təqdim etmək; maliyyə riskləri və imkanları barədə CFO-ya vaxtında məlumat vermək.

Tələblər

  • Təhsil: Ali təhsil (İqtisadiyyat, Menecment və ya əlaqəli sahələr üzrə).
  • İş təcrübəsi: 5-10 il;
  • Kompüter biliyi: MS Office proqramları, 1C 8.3;
  • Dillər: Azərbaycan dili, ingilis dili və rus dilini bilməsi mütləqdir;
  • Təlim / sertfikatlar: PMS, DipİFR, ACCA, CFA
  • İş şəraiti:
  • İş saatı: 09:00-dan 18:00-dək;
  • İstirahət: Şənbə və bazar günü;
  • Şəxsi keyfiyyətlər
  • Güclü liderlik və idarəetmə bacarığı.
  • Stress altında işləmə və krizis vəziyyətlərini idarə etmə qabiliyyəti.
  • Strateji və analitik düşüncə tərzi.
  • Biz nə təklif edirik:
  • Rəqabətli əmək haqqı;
  • Peşəkar inkişaf üçün təlimlər və seminarlar;
  • Dinamik və gənc komanda ilə iş imkanı.
  • Maraqlanan və uyğun namizədlər CV məlumatlarını Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Geri