Marketinq üzrə mütəxəssis
Namizədə olan tələblər:
• Ali təhsil (Biznesin idarə edilməsi, Marketinq və s.);
• Marketinq sahəsində ən azı 3 il iş təcrübəsi olmalı ;
• Azərbaycan dilini səlis bilməli (rus dili üstünlükdür);
• Rəqəmsal Marketinq alətlərini bilməli;
• Meta, Google, Tiktok, SEO və digər platformalarda işləmək bacarığı olmalı;
• Ofis proqramlarını (MS Word, MS Excel, MS Outlook, PowerPoint) bilməli.
• Planlama bacarığı,
• Təşəbbüskar,
• Yenilikçi, punktual və kreativ,
• İşə yaradıcı yanaşma
• Tədqiqat bacarığı,
• Biznes yönümlü ünsiyyət bacarığı.
İş haqqında məlumat:
• Şirkətin xırdavat və keramoqranit məhsullarının bazarda tanıdılması üçün marketinq strategiyasının hazırlanması və icrası
• Bazar araşdırmalarının aparılması və rəqib analizinin həyata keçirilməsi
• Satışların artırılması məqsədilə kampaniyaların, endirim aksiyalarının hazırlanması və idarə olunması
• Sosial media platformaları üçün kontent planının hazırlanması və idarə olunması
• Məhsulların tanıtımı üçün video çəkilişlərin təşkili
• Video materialların montajının həyata keçirilməsi və ya bu prosesə nəzarət
• Hazırlanan video və vizual kontentin sosial şəbəkələrdə paylaşılması
• Rəqəmsal marketinq alətləri (SEO, SEM, Google Ads, Meta Ads və s.) vasitəsilə reklam kampaniyalarının idarə olunması
• Reklam materiallarının (banner, kataloq və s.) hazırlanmasının təşkili
• Şirkətin vebsaytının və onlayn satış kanallarının inkişafı ilə bağlı təkliflərin verilməsi
• Müştəri rəylərinin toplanması və analiz edilməsi
• Satış komandası ilə koordinasiyalı işləmək
• Marketinq fəaliyyətlərinin nəticələrini izləmək və rəhbərliyə müvafiq hesabatlar təqdim etmək
• Satış komandası ilə koordinasiyalı işləmək
İş şəraiti:
• 6 günlük iş həftəsi;
• Əmək Məcəlləsinə əsasən sənədləşmə;
• Korporativ nömrə;
• Əmək haqqı: 900-1000 AZN
Vakansiyaya müraciət üçün CV-ləri “Marketinq üzrə mütəxəssis” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.