AZ
Mədən mühəndisi
AzerFloat
Azerfloat komandası olaraq biz sizə vəd edirik:
• Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
• Müvəffəqiyyətli karyera üçün sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
• Daim araşdırmaq, yeniliyə və təşşəbüskarlığa önəm verən xarici və yerli peşəkarlarla təcrübə mübadiləsi imkanı;
• Davamlı inkişafda olan peşəkar komandanın üzvü olmaq imkanı;
İş yeri: Azerfloat QSC
Vəzifə öhdəlikləri
- Qum yatağının istismarı və hasilat prosesinin planlaşdırılması və təşkili;
- Yatağın geoloji və texniki göstəricilərinin təhlilində iştirak etmək;
- Hasilat sahələrinin və iş ardıcıllığının müəyyən edilməsində iştirak etmək;
- Qumun keyfiyyət göstəricilərinə nəzarət etmək və müxtəlif sahələr üzrə keyfiyyət dəyişikliklərini izləmək;
- Zənginləşdirmə xəttinə verilən xammalın tələb olunan parametrlərə uyğunluğunu təmin etmək;
- Qum nümunələrinin götürülməsi, analiz nəticələrinin izlənilməsi və nəticələr əsasında hasilatın yönləndirilməsində iştirak etmək;
- Hasilat, yükləmə və xammalın daşınması proseslərinin koordinasiyası;
- Mədən texnikasının və avadanlıqlarının səmərəli istifadəsinin planlaşdırılmasında iştirak etmək;
- Hasilat həcmləri, ehtiyatlar, itkilər və digər əsas istehsalat göstəriciləri üzrə hesabatların hazırlanması;
- Mədən işlərinin təhlükəsizlik və ekoloji tələblərə uyğun həyata keçirilməsinə nəzarət;
- Qum zənginləşdirmə sahəsinin istehsalat, laboratoriya və texniki komandaları ilə sıx əməkdaşlıq etmək.
Tələblər
- Mədən mühəndisliyi, geologiya və ya uyğun texniki istiqamət üzrə ali təhsil;
- Mədən və ya karxana sahəsində iş təcrübəsi;
- Açıq üsulla hasilat prosesləri üzrə praktiki bilik;
- Qum, silisium qumu və ya digər qeyri-filiz xammalları ilə iş təcrübəsi üstünlükdür;
- Xammalın keyfiyyət göstəriciləri, nümunə götürülməsi və laborator analiz nəticələrinin şərh edilməsi üzrə anlayış;
- Mədən planlaşdırılması, hasilat həcmlərinin hesablanması və ehtiyatların idarə olunması üzrə bilik;
- Texniki sənədlər, sxemlər və hesabatlarla işləmək bacarığı;
- MS Office proqramlarında sərbəst işləmək bacarığı;
- Analitik düşüncə, məsuliyyətlilik və istehsalat komandası ilə effektiv işləmək bacarığı.
- İş qrafiki:
- İş saatı: 09:00 – 18:00;
- Könüllü tibbi sığorta;
- Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır
- Mövzü yerinə “Mədən mühəndisi” yazıb Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.