Məlumat Mərkəzi şöbəsi / mütəxəssis
Təsvir
• Telefon zənglərinin cavablandırılması;
• Müştərilərə şöbənin fəaliyyət sahəsinə uyğun məsləhət tipli dəstəyin göstərilməsi. Yaranmış sualın cavablandırılmasında köməklik göstərilməsi;
• Təsdiq olunmuş ədəbiyyat siyahısına uyğun danışıq texnologiyasının və texnikasının tətbiq edilməsi;
• Günlük/Həftəlik/Aylıq terminal vasitəsi ilə uğursuz nəticələnmiş bütün növ ödənişlərin yoxlanılması və düzəlişlərin olunmasının həyata keçirilməsi;
• Müştəriyə xidmət, tarif, prosedur və aksiyalar ilə bağlı bütün lazımı məlumatların təqdim edilməsi;
• Məlumat bazasına qəbul olunmuş informasiyanın sistemə daxil edilməsi;
• Zəruri informasiyanın alınması məqsədilə müştərilərlə əlaqə saxlanılması (informativ xarakterli zənglər; sorğu/anket);
• Müştərilərin müraciətlərinin qeydiyyatının aparılması və aidiyyəti üzrə yönləndirilməsi;
• Müştərilərin təklif və şikayətlərinin qeydə alınması və aidiyyəti üzrə yönləndirilməsi;
• Aylıq hesabatın təqdim edilməsi.
Tələblər
- Ali təhsil;
- Microsoft Office proqramlarının istifadəçi səviyyəsində biliklər;
- Azərbaycan və Rus dillərində sərbəst danışıq və yazma qabilliyyəti;
- Müvafiq sahə üzrə 6 ay iş təcrübəsi arzuolunandır.
- Vakansiya növü - Tam ştat
- İmtiyazlar
- Tibbi sığorta
- Bilik və bacarıqların təkmilləşdirilməsi üzrə təlimlər;
- Professional və maddi inkişaf perspektivləri;
- Peşəkar korporativ mühitdə işləmək imkanı
- Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.