Vakansiyalar
NW

Metal lövhə bükmə operatoru (Valçovka maşını) (Müşfiqabad qəs.)

North West

Əsas Vəzifələr

• Polad lövhələrin tələb olunan radius və texniki göstəricilərə uyğun formalaşdırılması üçün lövhə bükmə (plate rolling) avadanlıqlarını idarə etmək.

• Çertyojları, iş tapşırıqlarını və texniki spesifikasiyaları oxumaq və şərh etmək.

• İstehsal prosesi boyunca məhsulun ölçülərini, bucaqlarını və tolerantlıqlarını yoxlamaq.

• Tələblərə uyğunluğu təmin etmək üçün radiusu tənzimləmək və düzəlişlər etmək.

• Qaynaq üçün səthləri üyütmək və kənarları pah hazırlamaq.

• Son qaynaqdan əvvəl komponentləri nöqtəvi qaynaq (tack welding) ilə birləşdirmək.

• Forklift, körpülü kran (overhead crane) və lövhə bükmə avadanlığı da daxil olmaqla müxtəlif avadanlıqları təhlükəsiz şəkildə idarə etmək.

• Materialları və hazır məhsulları iş sahəsi daxilində daşımaq.

• Avadanlıqların gündəlik yoxlamasını və əsas texniki xidmətini həyata keçirmək.

• Təmiz, nizamlı və təhlükəsiz iş mühitini qorumaq.

• İstehsal planına dəstək vermək, lazım gəldikdə əlavə iş saatlarında və müxtəlif növbələrdə işləmək.

Tələblər

  • Minimum 5–6 il istehsalat təcrübəsi, üstünlük ağır metal konstruksiya (heavy fabrication) sahəsində.
  • Çertyoj və texniki rəsmləri oxumaq bacarığı.
  • Forklift və körpülü kran idarəetmə təcrübəsi və ya bu sahədə sertifikat almağa hazır olmaq.
  • Əsas riyazi hesablamalar və ölçmə bacarıqları.
  • Polad formalaşdırma, bükmə və ya üyütmə təcrübəsinə üstünlük verilir.
  • Göstərilən tələblərə cavab verən namizədlər öz CV formalarını mövzu hissəsində “Valçovka maşını operatoru” cv@nwconstruction.com və ya hr@nwconstruction.com elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində vakansiyanın adını qeyd etməyiniz vacibdir.
Geri
NW
Metal lövhə bükmə operatoru (Valçovka maşını) (Müşfiqabad qəs.)
North West
Müraciət et
Elan tarixi: 21 avqust 2026
Son müraciət: 21 sentyabr 2026
Sirk?t North West
Mənbə ID 149107
Baxış 4

Detail.Share