Vakansiyalar
EL

Mühasib

Elit Leasing MMC

Elit Leasing MMC olaraq komandamıza Mühasib vəzifəsinə əməkdaş axtarırıq.

İş şəraiti

• İş yeri: Bakı

• Əmək haqqı: 800–1000 AZN + bonus

Əsas tələblər:

• Mühasibatlıq sahəsində minimum 6-12 ay iş təcrübəsi;

• Bank, BOKT və digər kredit təşkilatlarında iş təcrübəsi arzuolunandır;

• Lizinq fəaliyyəti ilə əlaqədar ümumi biliklər;

• Lizinq ödənişləri və əməliyyatları üzrə anlayış;

• Kassa və bank əməliyyatları haqqında məlumatlı olmaq;

• Mühasibat uçotunun əsaslarını bilmək;

• MS Office, xüsusilə Excel proqramından istifadə bacarığı;

• Komplayns sahəsində ümumi biliklər arzuolunandır;

• Məsuliyyətli, diqqətli və operativ olmaq;

• Komandada işləmək bacarığı;

Vəzifə öhdəlikləri

  • Lizinq ödənişlərinin uçotunun aparılması;
  • Gündəlik mühasibat əməliyyatlarının həyata keçirilməsi;
  • Kassa və bank əməliyyatlarının işlənməsi;
  • Mühasibat sənədlərinin hazırlanması və yoxlanılması;
  • Debitor və kreditor borclara nəzarət və icrası;
  • Vergi, DSMF, statistika və digər hesabatların hazırlanması və dövlət xidmətlərinə təqdim olunması;
  • Komplayns istiamətində müvafiq hesabatların hazırlanaraq və MMX və digər dövlət xidmətlərinə təqdim olunması;
  • New-e-taxes, E-gov.az və digər portallardan istifadə etmə bacarığı;
  • E-Qaimə Fakturaların tərtib olunması və göndərilməsi,
  • Ödənişləri nəzarətdə saxlamaq, "internet banking" vasitəsilə bank hesablarına nəzarət etmək və ödənişləri icra etmək;
  • Əmək haqqı, məzuniyyət, son haqq-hesab və digər ödənişlərin hesablanması və ödənilməsi;
  • Əsas vəsaitlərin, mal-materialların hərəkətinin və uçotunun aparılması;
  • Vergi və maliyyə uçotunun aparılması;
  • Maliyyə hesabatları (Balans hesabatı, Mənfəət və Zərər hesabatı, Pul vəsaitlərinin hərəkəti hesabatı) hazırlanmasında iştirak etmək;
  • emas.sosial.gov.az kadr işlərin aparılması.
  • Rəhbərliyin verdiyi digər mühasibatlıq tapşırıqlarının icrası;
  • Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Geri