Müştəri Xidmətləri üzrə Təmsilçi

Positive Call Center

Hazırda Turkish Airlines-a xidmət göstərən layihəmiz üçün müştəri nümayəndələri axtarırıq.

Namizədlər minimum B2 səviyyəsində İngilis dili biliyinə malik olmalıdırlar.

Positive Call Center-də peşəkar komandaya qoşularaq inkişaf edə və uğurlu karyera qura bilərsiniz.

Müştəri nümayəndəsi vəzifəsində sizə daxil olan zənglərin cavablandırılması və dəyərli müştərilərimizə yüksək səviyyədə xidmət göstərilməsi tapşırılacaqdır.

Təlim müddətini başa vurduqdan sonra işə başlayacaqsınız və aylıq performans qiymətləndirilməsi aparılacaqdır. Əməkdaşlar əsas əmək haqqı ilə yanaşı, performansa əsaslanan bonus sistemi üzrə də əlavə gəlir əldə edə bilərlər.

Performans qiymətləndirilməsi hər rübdə keçirilir və uğurlu işçilərə əmək haqqı artımı tətbiq olunur.

Növbəli iş sistemi həftədə 6 gün, gündəlik 8 saat 30 dəqiqə (1 saat nahar/fasilə daxil olmaqla) təşkil edir. Növbələr həftəlik dəyişir və səhər, günorta, axşam və gecə növbələrini əhatə edir (00:00-dan sonrakı növbə dəyişikliyi üçün servis xidməti mövcuddur). Uyğun növbə həlləri qarşılıqlı razılaşma əsasında həyata keçirilir.

Əgər siz İngilis dilinizi inkişaf etdirmək, müştəri xidməti sahəsində təcrübə qazanmaq və mehriban, sosial mühitdə çalışmaq istəyirsinizsə, CV-nizi email vasitəsilə göndərə, əlavə məlumat üçün telefonla əlaqə saxlaya, həftə içi günlərdə saat 09:00–18:00 arası Nizami küç., AF Business House ünvanında yerləşən ofisimizə yaxınlaşa və ya mail üzərindən müraciət edə bilərsiniz. (+994 12 599 88 78 ).

Müraciət Qaydası:

Maraqlanan namizədlərdən CV-lərini hr@positivecc.com ünvanına “Customer Service Representative” mövzusu ilə göndərmələri xahiş olunur.