Ofis Meneceri
İş şəraiti
• Müəssisə: Basic Academy
• İş qrafiki: Full-time (Tam iş günü) — Əsas şərt daxil olan zənglərə və müraciətlərə baxılmasıdır.
• Müddət: 2-3 ay (Təcrübə dövrü)
• Ödəniş: Ödənişsiz (Nəqliyyat/yol xərci akademiya tərəfindən qarşılanır).
Görəcəyiniz işlər (Öhdəliklər):
• Akademiyaya gələn daxili və xarici zənglərin vaxtında cavablandırılması, tələbələrin və valideynlərin suallarının yönləndirilməsi;
• Sosial şəbəkələrdən və ya digər kanallardan gələn müraciətlərə (mesajlara) baxılması;
• Kursların və xidmətlərin tanıdılması, potensial müştərilərlə (tələbələrlə) ilkin satış danışıqlarının aparılması;
• Ofisdaxili gündəlik inzibati işlərin təşkilində dəstək.
Namizəddən gözləntilərimiz:
• Səlis və aydın nitq, xoş ünsiyyət qurmaq bacarığı;
• Məsuliyyətli olmaq və daxil olan zənglərə operativ baxa bilmək;
• Öyrənməyə və özünü inkişaf etdirməyə həvəsli olmaq.
Biz nə təklif edirik?
• Real iş mühitində satış və ofis menecmenti sahəsində praktiki təcrübə;
• Mehriban və dəstəkləyici komanda;
• Yol xərclərinin ödənilməsi
• Təcrübə proqramını uğurla başa vuran namizədə rəsmi Sertifikat və ya Tövsiyə məktubu.
Maraqlanan namizədlər öz CV-lərini mövzu hissəsində "Təcrübəçi - Ofis meneceri" qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.