Qazax filialı üzrə Kredit Mütəxəssisi
Əsas vəzifə öhdəlikləri:
• Satış və Məhsuldarlıq: Aktiv satışları təşkil etmək, potensial müştəriləri cəlb etmək və yeni satış metodları üzrə təkliflər vermək.
• Portfelin İdarə Edilməsi: Kredit portfelinin keyfiyyətinə nəzarət etmək və müştərilərlə mütəmadi əlaqə saxlamaq.
• Rəsmiləşdirmə: Müştəri müraciətlərini qəbul etmək, təhlil etmək, Kredit Komitəsinə təqdim etmək və sənədləşməni vaxtında/düzgün icra etmək.
• Xidmət Keyfiyyəti: Müştəri məmnuniyyətini yüksək səviyyədə saxlamaq, daxil olan müraciət və şikayətləri operativ şəkildə yerində araşdırmaq.
Namizədə olan tələblər:
• Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi (Bank, Bokt və ya Lombard təcrübəsi olanlara üstünlük verilir);
• Ali və ya natamam ali təhsil;
• MS Office proqramlarında (xüsusilə Word və Excel) sərbəst işləmək bacarığı;
• Yüksək ünsiyyət, müştəriyönümlülük və komandada işləmək qabiliyyəti.
İş şəraiti və Qazanc imkanı:
• İş qrafiki: Bazar ertəsi – Cümə | 09:00 – 18:00
• Başlanğıc kateqoriya: 400 AZN əsas əməkhaqqı + 800 AZN bonus (Cəmi: 1200 AZN)
• Yuxarı kateqoriya: 600 AZN əsas əməkhaqqı + 1200 AZN bonus (Cəmi: 1800 AZN)
Müraciət qaydası: Tələblərə uyğun namizədlərdən mövzu hissəsində "Qazax – Kredit Mütəxəssisi" qeyd edərək CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.