Vakansiyalar
ME

Qazma Qurğusunun Baş Mexaniki

Modern Engineering Bureau of Azerbaijan

Vəzifə öhdəlikləri

  • Qazma qurğuları, o cümlədən, qazma bucurqadı, qazma nasosları, dizel mühərriklər, və bu sinifdən olan digər avadanlıqlar texniki xidmətini və təmir işlərini təşkil etmək və nəzarət etmək;
  • Texniki sənədləri, hidravlik və konstruktiv cizgiləri oxuma qabiliyəti;
  • Avadanlıqların nasazlıqlarını müəyyən etmək, təmir işlərini həyata keçirmək və texniki hesabatlar hazırlamaq;
  • Texniki xidmət və təmir işlərini əməliyyatların fasiləsizliyini təmin edəcək şəkildə planlaşdırmaq;
  • Avadanlıqların quraşdırılması, sazlanması və istismara verilməsi prosesində iştirak etmək;
  • Texniki xidmət üçün zəruri ehtiyat hissələri, alətlər və materiallara olan tələbatı müəyyən etmək və hesabat vermək;
  • Təmir və texniki xidmət işlərinin vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə nəzarət etmək;
  • Avadanlıqlardan düzgün istifadə olunmasına nəzarət etmək, aşkar edilmiş uyğunsuzluqlar barədə rəhbərliyi məlumatlandırmaq;
  • Planlı dayanma, sahənin dəyişdirilməsi və digər texniki fasilələr zamanı texniki xidmət planlarının hazırlanmasında iştirak etmək;
  • SƏTƏM, təhlükəsizlik və ekoloji tələblərə riayət olunmasını təmin etmək;
  • Rəhbərlik tərəfindən verilən və vəzifənin mahiyyətinə uyğun digər tapşırıqları yerinə yetirmək.

Tələblər

  • Ali texniki təhsil (Mexanika mühəndisliyi və ya digər müvafiq ixtisas);
  • Müvafiq sahədə və oxşar vəzifədə minimum 3–5 il iş təcrübəsi;
  • Qazma qurğuları və mexaniki avadanlıqların texniki xidməti və təmiri üzrə praktiki biliklər;
  • Texniki nasazlıqların diaqnostikası və aradan qaldırılması bacarığı;
  • Planlı texniki xidmət, təmir işlərinin təşkili və texniki sənədlərlə işləmək bacarığı;
  • SƏTƏM standartları və təhlükəsizlik tələbləri üzrə biliklər;
  • MS Office proqramlarından istifadə bacarığı (SAP biliyi üstünlükdür);
  • İngilis/rus dili biliyi;
  • Liderlik, komandanı idarəetmə, problem həll etmə və qərarvermə bacarıqları;
  • Növbəli iş rejimində, quruda və ya dənizdə işləmək imkanı.
  • Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Geri